Bakıda “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda beynəlxalq konfrans keçirilir   | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda beynəlxalq konfrans keçirilir  

17:06 - 10 / 12 / 2018
Bakıda “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda beynəlxalq konfrans keçirilir  

Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı öz işinə başlayıb. 

1news.az-ın məlumatına görə, beynəlxalq konfrans Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi çərçivəsində (Layihə rəhbəri: Ülviyyə Qəhrəmanlı, “Gənclər Turizmi” İB) keçirilir.

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransda Azərbaycanla yanaşı, 5 ölkənin (İran, Ukrayna, Gürcüstan, Türkiyə və Belarus) gənc mütəxəssisləri iştirak edir.

Konfransın keçirilməsində məqsəd sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimləri, tədqiqatçıları bir araya gətirmək, onların təcrübələrini, yeni ideya və elmi nəticələrini bölüşmək üçün uyğun platforma təqdim etməkdir.

Tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ölkədə elmin inkişafı istiqamətində görülən işlər, Fond tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Elçin Babayev vurğulayıb ki, bütün dünyada sağlamlıq turizminə maraq ildən-ilə artır. Azərbaycanın bu sahədə böyük potensialının olduğunu deyən icraçı direktor qeyd edib ki, sağlamlıq turizminə dair beynəlxalq təcrübənin və yeni yanaşmaların öyrənilməsi vacibdir. Dünya təcrübəsi ilə yanaşı, yerli özəlliklər də nəzərə alınmalıdır. Elçin Babayev sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimlərin təcrübə mübadiləsinin faydalı olacağına əminliyini bildirib.

Konfransda həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Azərbaycan Respublikası Gənclər və  İdman Nazirliyinin Elm və təhsil şöbəsinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, “Abşeron Otel Qrup”un Gəlirlər və Biznesin İdarə edilməsi üzrə qrup direktoru Bahar Qəniyeva, Layihə rəhbəri, “Gənclər Turizmi” İctimai Birliyinin sədri Ülviyyə Qəhrəmanlı, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov, Türkiyənin SALUSS Sağlamlıq Turizmi Assosiasiyasından Selahittin Ay, “Millennium Tourism” şirkətinin baş icraçı direktoru və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev çıxış ediblər.

Konfransda “Sağlamlıq turizmi qeyri-neft sektorunun inkişafında aparıcı istiqamət kimi”, “Dünyanın tibbi və sağlamlıq turizmi, sağlamlıq və müalicə turizmində yeni tendensiyalar”, “Sağlamlıq turizmində xəstəxana və mərkəzlərin rolu”, “Tibbi və sağlamlıq turizmi üçün təyinatlar”, “Sağlamlıq turizmində marketinq strategiyaları: uğur hekayələri”, “Sağlamlıq və müalicə turizmində insan resurslarının problemləri və imkanları”, “Qonaqpərvərlik sənayesində sağlamlıq və müalicə turizminin əhəmiyyəti” mövzularında müzakirələr dinləniləcək.  

Dekabrın 12-dək davam edəcək konfransın sonuncu günü gənc alimlər Naftalanda təcrübə keçəcəklər.

1news.az

Paylaş:
1234

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər