Bakıda Ermənistanın Belarusun daxili işlərinə qarışdığı hesab edilir | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Ermənistanın Belarusun daxili işlərinə qarışdığı hesab edilir

12:23 - 14 / 11 / 2018
Bakıda Ermənistanın Belarusun daxili işlərinə qarışdığı hesab edilir

Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) yeni mətbuat katibi bütün diplomatik-etik qaydaları pozaraq, Belarus prezidenti Aleksandr Lukaşenkonu “qeyri-düzgünlükdə” günahlandırıb.

“KTMT-nin daxili məsələlərinin Bakıda müzakirəsi qeyri-düzgündür”, – bunu Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan Belarus prezidentinin Azərbaycan səfiri ilə görüşünü müzakirə edərkən deyib.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla Astanada KTMT-nın sammiti zamanı görüşüb.

Politoloq İlqar Vəlizadənin 1news.az-a bildirdiyinə görə, Ermənistan XİN rəsmisinin Belorus prezidentinin Azərbaycan səfiri ilə görüşüylə bağlı fikirlərini Belorusun daxili işlərinə qarışması kimi qiymətləndirmək olar.  

“Ermənistanın Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə iki müstəqil ölkənin qarşılıqlı münasibətləti daxil deyil. Xüsusilə də dövlət başçısının digər ölkənin səfiri ilə görüşünü şərh edilməsi. Bundan başqa, bu görüş Ermənistana aid deyildi”, - deyə politoloq qeyd edib.

“Bəli, Aleksandr Lukaşenko bu görüş zamanı KTMT-nın baş katib təsdiq etmədiyindən danışıb. Lakin bu halda o, təşkilatdakı vəziyyəti nəzərədə tutub, Ermənistanı deyil”, - deyə İ.Vəlizadə bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan XİN-in məntiqinə söykənsək, o zaman Belorus prezidentinin Azərbaycan səfiri ilə görüşünü Qazaxıstan XİN, Rusiya və KTMT-yə daxil digər dövlətlər də şərh etməli idi. Lakin bu dövlətlər bunu norma hesab edərək müzakirə etmədi:  

“Ermənistan XİN nümayəndəsinin ölkənin KTMT-yə 2015-2016-cı illərdə sədrliyinin “uğurunu” xatırlasaq, bu illər ərzində Ermənistan təşkilatı yalnız Azərbaycanla qarşıdurmaya sövq etməklə məşğul idi. 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan rəhbərliyi KTMT-yə müraciət edərək münaqişəyə müdaxilə etmək istəyirdi, eləcə də Belarus və Qazaxıstanın ünvanına tənqidlər səsləndirirdi. Məhz Ermənistanın KTMT-yə sədrliyi dövründə təşkilata üzv dövlətlərlə onun münasibətləri əhəmiyyətli dərəcədə soyuqlaşdı”.

Politoloq sözlərinə əlavə etdi ki, bu gün də Ermənistan bu təcrübədən imtina etməyərək həmin  siyasəti yürüdür və KTMT-nın daxilində böhran yaratmaqda davam edir.

Onun sözlərinə görə, Yerevanın bu hərəkətləri Minsk, Astana hətta Moskvanı qıcıqlandırmaya bilməz, əgər Ermənistan yerində oturdulmazsa, onun fəaliyyəti KTMT ilə böyük böhranlara yol aça bilməz:

“Ermənistanı KTMT-yə üzv bütün dövlətlərlə Azərbaycanın sıx münasibətləri qıcıqlandırır. Və buna görə də Bakını qəzəbləndirmək üçün Yerevan təşkilatda böhran təhrik edir. Əgər Ermənistan təşkilatla qarşıdurmanı davam etdirərsə, yaxşı olar ki, oranı tərk etsin. Lakin Ermənistanın nə ehtiyatları, nə də siyasi iradəsi yoxdur ki bu addımı atsın”.

Qeyd edək ki, Belarusun Xarici İşlər Nazirliyi Ermənistan XİN-in mətbuat xidmətini rəhbərinin bəyanatına şərh verməkdən imtina edib. 1news.az-ın Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Anna Naqdalyanın fikirləri ilə bağlı sualına Belorus XİN-in İnformasiya və rəqəmsal diplomatiya idarəsinin rəhbəri Anatoliy Qlaz bildirib:

“Biz bu bəyanatı şərh etməyə hazırlaşmırıq”.

Yerevan Lukaşenkonu “yalnışlıqda” ittiham edib

Lukaşenko: Minsk KTMT baş katibi vəzifəsinə üç namizəd təqdim etməyə hazırdır

Xaçaturov Yerevana qayıdıb

S.Xankişiyeva

 

 

Paylaş:
629

Son xəbərlər

Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər