Bakıda möhtəşəm açılış – “XİMİ Vogue” – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda möhtəşəm açılış – “XİMİ Vogue” – FOTO – VİDEO

15:00 - 24 / 06 / 2019
Bakıda möhtəşəm açılış – “XİMİ Vogue” – FOTO – VİDEO

İyunun 21-də tanınmış beynəlxalq Koreya brendinə məxsus life-style mağazalar şəbəkəsi “XİMİ Vogue”nun Azərbaycanda ilk mağazasının açılış mərasimi olub.

Yeni mağaza Bakı şəhərinin mərkəzində, Fəvvarələr meydanı, M.Ə.Rəsulzadə küçəsi 8 ünvanında yerləşir və 3 mindən artıq keyfiyyətli, müasir məhsullar təqdim edir.

Funksionallıq, yüksək keyfiyyət, zəngin çeşid və əlçatan qiymətlər “XİMİ Vogue” mağazalarının qapılarını müştərilərin üzünə açan əsas üstünlüklərdəndir.

“XİMİ Vogue” özəl dizaynları ilə hər mənada həyatınızı daha da canlandırmaq üçün istək və ehtiyaclarınıza yönəldilmiş məhsullarla keyfiyyəti daha uyğun qiymətə Sizin üçün gətirir. Bizim marka şəxsi, ev, iş həyatınızda tələbata uyğun olaraq sağlamlıq və kosmetika məhsulları, ev və məişət məhsulları, körpələrinizin ehtiyacları, özəl dizayn məhsulları, butik və çantalar kimi məhsullarla alış-veriş vərdişlərinizi dəyişdirməyi qarşıya məqsəd qoyur.

Mağazaya addım atdığınız andan özünüzü fərqli və daha əyləncəli alış-veriş mühitində tapacaqsız. Bizim markamızın ümumi ideyalarından biri, mağazalarımıza gələn hər bir müştərinin gündəlik həyatında ehtiyaclarını qarşılamaq, daha yaxşı hiss etdirmək və öz həyat tərzlərini daha da rəngləndirməklə unudulmaz alış-veriş imkanı təmin etməkdən ibarətdir. 

Biz dünyaca tanınmış və sevilən Koreya brendini bakılılara və şəhərimizin qonaqlarına təqdim etmək imkanından məmnunuq. Bu gün bizim məhsullarımız Amerika Birləşmiş Ştatlarında, Avstraliya, Türkiyə, Braziliya, Meksika, Çin, Koreya, Filippin, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və artıq Azərbaycanda da mövcuddur. Bu, bizim Azərbaycanda ilk mağazamızdır və biz böyük ruh yüksəkliyi və əminliklə inanırıq ki, yerli bazarda özünəməxsus yerimizi tuta biləcək və bu sahənin daha da inkişaf etməsinə öz töhfəmizi verə biləcəyik. İnanırıq ki, şəhərimizin sakinləri “XİMİ Vogue”nin müasir dizayn həllərini yüksək qiymətləndirəcək və sevəcəklər”– deyə, “XİMİ Vogue” Azerbaycan”ın icraçı direktoru Fərrux Zeynalov bildirib.

Qeyd edək ki, Koreya brendinə məxsus life-style mağazalar şəbəkəsi “XİMİ Vogue” 2013-cü ildə Asiyada fəaliyyətə başlayıb və bu gün brendin dünya üzrə 1600-dən çox mağazası mövcuddur.

Facebook/Instagram: @ximivogueazerbaijan

Reklam hüququnda

Paylaş:
1202

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər