Bakıda mühasiblər və iqtisadçılar üçün “1С” konfransı keçiriləcək – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda mühasiblər və iqtisadçılar üçün “1С” konfransı keçiriləcək – FOTO

11:15 - 15 / 05 / 2019
Bakıda mühasiblər və iqtisadçılar üçün “1С” konfransı keçiriləcək – FOTO

Mayın 17-də Bakıda mühasiblər və iqtisadçılar üçün Azərbaycan Respublikasında vergi və mühasibatlıq hesabatına aid olan mövcud məsələlərinin müzakirəsinə və həmçinin Azərbaycan üçün “1С Müəssisə” proqramindakı inkişaf həllərinin son tendensiyalarına həsr olunmuş konfrans keçiriləcək.

Tədbirin məqsədi – ölkə daxilində mühasibatlıq və vergi sahəsindəki mütəxəssisləri, maliyyə direktorlarını və auditorları, müəssisələrdə uçotun avtomatlaşdırılması ilə məşğul olan 1C firmasının françayzinq tərəfdaşlarını bir yerdə toplamaqdır.

Konfransı 1C firmasının nümayəndələrinin çıxışı ilə açılacaq. Cıxışda şirkətin təqdimatı, Azərbaycandaki işlərin nəticəsi, ölkədəki inkişaf planları və perspektivlər haqda danışılacaq.

Vergi və mühasibatliq uçotu üzrə aktual məsələlərə həsr olunmuş məruzələrlə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi, vitse-prezident, Mühasiblərin Milli Forumunun Təşkilat Komitəsinin katibi  Radil Fətullayev, "Professional Mühasib" jurnalının baş redaktoru və Mühasiblərin Milli Forumunun Təşkilat Komitəsinin sədr müavini Mehdi Babayev, “Deloitte” şirkətindən Vergi və Hüquq Departamentinin meneceri  Mədinə Əfəndiyeva çıxış edəcək.

"Aztrade" MMC-nin maliyyə direktoru və maliyyə şöbəsinin direktoru və Melli Iran Bankının Bakı filialının baş mühasibi Vüqar Mirheydərov öz fəaliyyətlərində mühasibat uçotunun səmərəliliyinin artırılması təcrübəsini paylaşacaqlar.

Konfrans iştirakçılarına “1С Müəssisə” proqraminda Azərbaycan Respublikasında mühasibat və vergi uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulan həllər təqdim ediləcək. Burada  operativ və idarəetmə uçotu problemlərinin, ticarət əməliyyatlarının təhlili və planlaşdırılması, maliyyə hesabatı və təhlili, istehsalatın və sənədlərin idarə edilməsi və digər məqsədlər üçün nəzərdə tutulub.

1C üzrə həllərinin Vernissajı zamanı konfrans iştirakçıları “1С Müəssisə” sistem proqramının işi ilə tanış olacaqlar və proqram məhsullarının funksionallığı ilə bağlı suallara cavablar ala biləcəklər.

Bundan başqa, 50% endirim ilə və məhdudlaşdırılmış sayda bir sıra peşəkar kurslara qeydiyyat aparılacaq. 1C firmasının ən tələb olunan məhsulları üzrə öz biliklərini genişləndirməyə imkan verəcək.

Qeydiyyat üçün link:  http://1caz.az

Reklam hüququnda

Paylaş:
1207

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər