Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb – FOTO

12:05 - 14 / 12 / 2018
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb – FOTO

Dekabrın 14-də Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə,  konfransın açılışında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclərin dayanıqlı inkişafa böyük töhfələr verdiyini söyləyib. “Yeni dünya nizamının formalaşmasında gənclər mühüm rol oynayacaqlar”, - deyən sədr bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində gənclər cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib.

Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron deyib ki, gələcəkdə enerjiyə, su ehtiyatlarına daha çox ehtiyac olacaq. Bu baxımdan ətraf mühitə olan təsirlər gələcəkdə vəziyyəti daha da çətinləşdirəcək. Ərzaqla bağlı çətinliklər yaranacaq. Son bir neçə ildə altı milyard tona yaxın balıq ehtiyatı məhv olub. Buna görə də biz gələcəyimiz naminə seçimlərimizi doğru etməli, qərarlarımızı düzgün hesablamalıyıq.

Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru deyib ki, qəbul edilən siyasi qərarların gənclərə təsir göstərməsi təmin edilməlidir. Gənclər daha da səlahiyyətləndirilməlidir. Çünki onlar cəmiyyətin aparıcı qüvvələridir.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında Azərbaycanın gənclər siyasəti, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı barədə məlumat verib. O deyib ki, Azərbaycanda gənc sahibkarlar dəstəklənir. Azərbaycan dövləti dünyanın 100 universitetində 3600-dən çox tələbənin təhsil alması üçün maliyyə yardımı göstərib. Azərbaycan gəncləri Avropa Şurası, BMT və 30-dan çox digər beynəlxalq təşkilatda təmsil olunur.

Sonra birgə foto çəkdirilib.

S.Xankişiyeva

Paylaş:
365

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər