Bakıda Qətərin milli bayramı qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Qətərin milli bayramı qeyd edilib

09:30 - 18 / 12 / 2018
Bakıda Qətərin milli bayramı qeyd edilib

Bakıda Qətərin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Xalid Məhəmməd əl-Malki ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.

Ölkələrimiz arasında əlaqələrə toxunan diplomat Azərbaycan-Qətər münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə öz yerini daha da möhkəmləndirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov əlamətdar gün münasibətilə Qətər xalqını Azərbaycan Prezidenti adından təbrik edib. Nazir bildirib ki, Qətər dövləti dünyada ən sabit inkişafa malik ölkələrdən biridir. Azərbaycan və Qətər arasında xoş münasibətlər var. Beynəlxalq maraqların üst-üstə düşməsi əlaqələrimizi daha da möhkəmləndirir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Qətər həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Qarşılıqlı rəsmi səfərlər iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli rol oynayır.

Nazir Kəmaləddin Heydərov qeyd edib ki, ölkələrimiz arasında zəruri müqavilə-hüquq bazasının yaradılması, o cümlədən 2016-cı ildə dövlətlərimizin başçılarının müvafiq qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya uğurlu əməkdaşlıq üçün mühüm platforma yaradıb.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

P.Sultanova

Paylaş:
374

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər