Bakıda taksi sürücüsü maşını qapısı açıq idarə edib – VİDEO
Bakıda taksi sürücüsü qaydaları kobud şəkildə pozub.
1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, görüntüləri Baku TV-yə hadisə şahidləri göndəriblər.
Kadrlardan aydın görünür ki, Babək prospekti ilə hərəkətdə olan sürücü avtomobili qapısı açıq vəziyyətdə idarə edib.
Bu, digər nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaradıb.
S.Xankişiyeva
322