Bakıda UEFA Avropa Liqasına həsr edilən muzeyin açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Futbol

Bakıda UEFA Avropa Liqasına həsr edilən muzeyin açılışı olub - FOTO

23:56 - 22 / 12 / 2018
Bakıda UEFA Avropa Liqasına həsr edilən muzeyin açılışı olub - FOTO

Bakıda futbol üzrə UEFA Avropa Liqasına həsr olunmuş muzeyin dekabrın 22-də açılış mərasimi keçirilib.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə və Məşqçilər komitələrinin üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları muzeydə nümayiş etdirilən eksponatlarla tanış olublar. UEFA tərəfindən təqdim olunmuş eksponatlar böyük maraqla qarşılanıb.

Muzeylə tanışlıqdan sonra Rövnəq Abdullayev, Azad Rəhimov, Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və “Avropa Liqası Finalı Bakı-2019” layihəsinin səfiri Vəli Qasımov Topaz Premyer Liqasında iştirak edən klubların AFFA-nın U-12 Liqasında mübarizə aparan komandalarının üzvləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdiriblər. Komandaların üzvləri açılış mərasimindən sonra muzeydəki eksponatlarla tanışlıq imkanı qazanan ilk ziyarətçilər olublar.

UEFA Avropa Liqasının gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq kampaniyası çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunmuş muzey yanvarın 7-dək fəaliyyət göstərəcək.

Muzey üç hissədən ibarətdir. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdirilən məlumat zonasında qeydiyyatdan keçərək ətraflı informasiya əldə edə bilərlər.

Muzey zonasında Avropa Liqası tarixini əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların futbolçularının imzalı formaları, Avropa Liqasının rəsmi topu, eləcə də bu turnirin final oyunlarında istifadə edilmiş imzalı oyun topları sərgilənir. Bundan əlavə, muzeyin daxilində quraşdırılmış monitorlarda Avropa Liqasının unudulmaz anları, final qarşılaşmalarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar nümayiş etdirilir.

Oyun və istirahət zonasında isə ziyarətçilərə rəngarəng və əyləncəli proqramlar, həmçinin futbolla bağlı bilik və bacarıqlarını nümayiş etdirə biləcəkləri maraqlı yarışlarda iştirak imkanı təqdim olunur. Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri də təşkil olunacaq. İmza günlərində ziyarətçilər futbolçularla yaxından tanış ola, onlardan imza ala, eləcə də xatirə şəkilləri çəkdirə biləcəklər.

Muzeyə giriş ödənişsizdir.

AZƏRTAC

Paylaş:
807

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər