Bakıda universitetdə qızlara qəribə qadağa - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda universitetdə qızlara qəribə qadağa - YENİLƏNİB

11:45 - 20 / 10 / 2018
Bakıda universitetdə qızlara qəribə qadağa - YENİLƏNİB

“Odlar Yurdu” Universitetində qəribə qadağa barədə məlumat yayılıb.

Universitetdən Oxu.Az-a bildirilib ki, tələbələr hündürdaban ayaqqabı ilə auditoriyaların yanından keçəndə səslər dərs prosesini pozur: 

“Bu mənada, tələbələrə ciddi məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir. Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir.

Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, bu da tələbələrin xeyrinədir. Tələbə, müəllim hər zaman səliqəliliyi, nizam-intizamlılığı ilə seçilməlidir. Pedaqoji etika və estetika normalarına uyğun olmayan geyimlərdə onsuz da heç bir tələbə və ya müəllim dərsə gəlmir” .

Məlumatda qeyd edilib ki, bu qayda illərdir universitetdə tətbiq olunur: 

“İstər tələbələrimiz, istərsə də universitetin əməkdaşları tərəfindən müsbət qarşılanır. Bu gün xarici universitetlərin əksəriyyətində işgüzar geyim qaydaları mövcuddur. Bu, bütün dünyada qəbul olunan işgüzar geyim standartına uyğunlaşdırılır. 

Korporativ geyim üslubu hər bir iş mühitində müəyyən qədər peşəkarlığı əks etdirməlidir. Hər bir işçinin, tələbənin geyimi də çalışdığı, oxuduğu ali təhsil müəssisəsinin vizual imicini formalaşdırır. Sənin geyimin sənin həmsöhbətinə, görüşdüyün şəxsə bir mesaj vermək imkanına malikdir.

Belə olan halda, nə üçün verdiyimiz o mesajla peşəkar təsir bağışlanmamalıdır? Toyun, ziyafətin öz geyimi, ali təhsil müəssisəsinin də öz geyimi var. Hər bir tələbə zövqünə uyğun geyim geyinməkdə sərbəstdir, lakin bu geyim təsdiq olunmuş standartın qeyd edilən tələblərinə uyğun gəlməlidir.

Bütün bu normalar dünyanın nüfuzlu şirkətlərində, o cümlədən xarici universitetlərdə artıq uzun illərdir ki, tətbiq edilir. Bizim standartlar tətbiq olunanda həmin təcrübələr öyrənilməlidir”.

11:19

Azərbaycanın “Odlar Yurdu” Universitetinin mətbuat katibi Günay İmanova xanım tələbələrə təhsil müəssisəsinə gələrkən dikdaban ayaqqabı geyinməsinə qadağa ilə bağlı məsələyə aydınlıq gətirib.

Oxu.Az-a açıqlamasında G.İmanova bildirib ki, tələbələr hündürdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər dərs prosesinə mane olur. 

“Bu mənada, tələbələrə, sadəcə, məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir.

Çünki universitetimizdə hər zaman təlim-tərbiyə məsələləri diqqət mərkəzində saxlanılır və heç bir neqativ hal baş vermir. Əgər bununla bağlı tələbələrə məlumat verilibsə, deməli, tələbələrin xeyrinədir”, - G.İmanova deyib.

Qeyd edək ki, məsələ ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.

 Oxu.Az

Paylaş:
7480

Son xəbərlər

2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42
Bütün xəbərlər