1news.az

Bakıdan Lahora aviareys açılır - TARİX

12 İyun saat 10:07 bir dəqiqəlik oxu 263
Bakıdan Lahora aviareys açılır - TARİX

İyul ayında Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılır.

Bu barədə 1news.az-a Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.

Onun sözlərinə görə, Bakı-Lahor-Bakı aviareysi həftədə iki dəfə AZAL tərəfindən həyata keçiriləcək.

“Birbaşa reysin Lahora açılması bu şəhərdən Azərbaycana daha çox turistin gəlməsi ilə əlaqədardır. Lahor Pakistanın Kəraçidən sonra ikinci ən böyük şəhəridir. Gələcəkdə isə digər şəhərlərə də, o cümlədən paytaxt İslamabada uçuşların yerinə yetirilməsi gözlənilir”, deyə səfir bildirib.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net