Bakının mərkəzində Theatrum Hotel Baku və “Tavada” restoranı fəaliyyətə başlayıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində Theatrum Hotel Baku və “Tavada” restoranı fəaliyyətə başlayıb – FOTO – VİDEO

10:30 - 21 / 02 / 2019
Bakının mərkəzində Theatrum Hotel Baku və “Tavada” restoranı fəaliyyətə başlayıb – FOTO – VİDEO

Theatrum Hotel Baku və “Tavada” restoranına təşrif buyuran hər bir kəs ilk andan gülərüz personalın yüksək xidmətinin şahidi olacaq.

Çünki şəhərimizə gələn hər bir qonağın istirahətinin xoş və mənalı keçməsini qarşısına məqsəd qoyan Theatrum Hotel Baku otelində bunun üçün hər bir şərait var.

C-Group şirkətinin rəhbəri  Kənan Ağayev açılış mərasimində bildirib ki, artıq fəaliyyətə başlayan hotel şəhərimizin qonaqları üçün öz rahat ab-havası ilə seçiləcək:

“Çox sevinirik ki, paxtaxtımızın mərkəzində yeni bir otel açmışıq. Burada 49 otaq var. Onlar müxtəlif suitlər, ailə otaqlarına bölünür. Ümid edirəm ki, inkişaf etmiş ölkə turizmi üçün bizim otelimiz həm yerləşməsinə, həm də burada göstərilən xidmətə görə töhfə olacaq”.

Kənan Ağayev qeyd edib ki, oteldə müştərilər üçün endirimlər də olacaq:

“Otelin özünəməxsus üslubu, rahatlığı var. Qeyd edim ki, bizim bundan başqa Azərbaycanın müxtəlif yerlərində dörd otelimiz fəaliyyət göstərir. Biz bazara girməmişdən əvvəl şəhərdə yerləşən otellərin qiymət araşdırmasını etdik. Biz də otelmizdə müştərilər üçün digər otellər səviyyəsində və onlardan da aşağı qiymət tənzimlədik. İlkin olaraq xarici turistlər üçün səhər yeməyi daxil olmaqla, günü 60-80 dollar civarında otaqlar təklif edirik”.

C-Group şirkətinin rəhbəri vurğulayıb ki, şəhərimizə gələn turistlər daha çox Bakının mərkəzi küçəsində yerləşən otellərdə qalmağa üstünlük verirlər:

“Şəhərimizin gəzməli və görməli yerləri ilə daha yaxından tanış olmaq mərkəzdə qalmaları daha münasibdir. Bizim otel məhz şəhərin mərkəzi küçəsində yerləşir. Hazırda bizim konkret şüarımız yoxdur. Ancaq istəyirik ki, 2019-cu il Theatrum otelinin ili olsun”.

Theatrum Hotel Baku otelində həmçinin Türkiyə, Azərbaycan və beynəlxalq mətbəxi birləşdirən 170 nəfərlik “Tavada” restoranı da fəaliyyət göstərir.

Otelin direktoru Ərdəm Canlı bildirib ki, restoranda müştərilərin məmnuniyyəti üçün ilk növbədə Azərbaycan mətbəxinin ləziz təamlarına üstünlük veriləcək:

“Əməkdaşlarımızın yüksək xidməti sayəsində qonaqlar unudulmaz xoş anlar keçirəcək. Fərqli ağız dadı olan müştərilər üçün türk və beynəlxalq mətbəxi də olacaq. Restoranımızın menyusunda müştərilər daim yenilənən yemək çeşidləri görə biləcəklər. Hələ ki, Azərbaycan mətbəxindən 12, Türkiyə mətbəxindən isə 14 növ yemək təqdim olunacaq. Zaman keçdikcə müştərilərin istəkləri də nəzərə alıb, menyumuzu zənginləşdirəcəyik”.

Ərdəm Canlı qeyd edib ki, əslində Türkiyə və Azərbaycan mətbəxinin bir çox ortaq özəllikləri var:

“Bunu yeməklərdə də görmək mümkündür. İnanıram ki, restoranmıza gələn hər kəs göstərdiyimiz xidmət səviyyəsindən və yeməklərimizdən razı qalacaq. Bütün qonaqları restoranda gözləyirik. İnanırıq ki, gələn qonaqlar həm dincələcək, həm də şərq və milli ab-havadan, yeməklərimizin ləzzətindən zövq alacaqlar”.

Theatrum Hotel Baku haqqında daha ətraflı məlumat və yeniliklərdən xəbərdar olmaq üçün otelin Instagram-da @ theatrumhotel səhifəsindən, [email protected] elektron poçtuna yazmaqla və ya rəsmi saytı vasitəsilə əldə edə bilərsiniz: http://c-group.az

Rezervasiya üçün: +994 55 214 94 65

Reklam hüququnda

 

Paylaş:
2240

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər