BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub

10:25 - 13 / 11 / 2018
BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub

Bakı Ali Neft Məktəbində (BANM) Avropa İttifaqının maliyələşdirdiyi Azərbaycan ali təhsil sistemində elmi tədqiqatın inkişafı, ixtira və innovasiya layihəsilə bağlı görüş keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə BANM-ın rektoru Elmar Qasımov, layihənin iki beynəlxalq eksperti Kşıştof Qulda və Yatsek Qayevski, Təhsil İnstitutunun Ali təhsilin inkişafı şöbəsinin müdiri Anar Nağıyev, BANM-ın Ümumi İşlər üzrə prorektoru Rəşad Həsənov, kafedra müdirləri və məsul əməkdaşları iştirak ediblər.

Görüşün əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində innovasiya və tədqiqatın inkişafının gücləndirilməsi layihəsi, layihənin məqsədləri, fəaliyyəti və hədəf qrupları müzakirə etmək olub.

Qonaqları Ali Məktəbdə görməyinə şad olduğunu bildirən rektor Elmar Qasımov onlara BANM və onun qısa tarixində əldə etdiyi böyük uğurlar, tədris proqramları, tədris mərkəzləri və tələbələri haqqında məlumat verib. Rektor bildirib ki, Ali Məktəbdə tədrisin tamamilə ingilis dilində olması onun məzun və tələbələrinin transmilli şirkətlərə, beynəlxalq layihələrə və eləcə də dünyanın öndəgedən xarici universitetlərində təhsillərini davam etdirməyə böyük imkanlar açır. Elmar Qasımov həmçinin qeyd edib ki, BANM-ın elmi tədqiqat işlərinə geniş önəm verdiyi və bu istiqamətdə xüsusi işlər görüldüyü bir zamanda bu layihənin təşəbbüsü və həyata keçirilməsi olduqca məqsədəuyğundur.

Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi üçün Texniki Yardım Layihəsinin rəhbəri Kşıştof Qulda bildirib ki, layihənin ilkin mərhələsində BANM-a planlaşdırılan bu səfər Ali Məktəbin potensialının və hədəflərinin müəyyən olunmasından ibarətdir. Sözügedən layihənin növbəti ilin yanvar ayından icrasına başlanılacağını bildirən ekspert Ali Məktəb haqqında məlumatların toplanmasından sonra prosesə beynəlxalq təcrübəli digər ekspertlərin də cəlb olunacağını bildirib. O həmçinin qeyd edib ki, layihə çərçivəsində ekspertlər əməkdaşlıq edəcəyi ali təhsil müəssisələrinə elmi tədqiqatın inkişafı, ixtira və innovasiyası istiqamətində öz məsləhət və inkişafı üçün tövsiyələrini verəcəcəklər.

Layihənin digər əməkdaşı, Təhsil və layihələrin idarə edilməsi üzrə ekspert  Yatsek Qayevski bildirib ki, layihə həmçinin bu istiqamətdə güclü təlimçilər yetişdirəcək və onlar da öz növbəsində yeni doktorantlara təlimlər keçərək onları istiqamətləndirəcək.

Görüş Ali Məktəbin kafedra müdirləri və kafedraların müəllimlərinin layihə ilə baölı sualları və informasiya mübadiləsi ilə davam edib.

Qonaqlar Ali Məktəbə səfər zamanı tədris mərkəzləri və laboratoriyalarla tanış olublar.

S.Xankişiyeva

 

 

Paylaş:
517

Son xəbərlər

Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib15 / 04 / 2024, 15:23“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir15 / 04 / 2024, 15:02PAŞA Qrup şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTO15 / 04 / 2024, 14:58Ali məktəblərə qəbul imtahanının növbəti mərhələsinə qeydiyyat başlayıb15 / 04 / 2024, 14:42Sevinc Fətəliyeva: “Bu fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir”15 / 04 / 2024, 14:21Bakıda son üç ayda baş vermiş yol-nəqliyyat hadisələri - VİDEO15 / 04 / 2024, 14:14Bayram günlərində milli parkları 5000-dən artıq turist ziyarət edib15 / 04 / 2024, 14:07İnzibati və yardımçı vəzifələrin təsnifatı dəyişib15 / 04 / 2024, 13:55Bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb15 / 04 / 2024, 13:28
Bütün xəbərlər