BANM-ın rektoru və tələbələri təltif olundular – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM-ın rektoru və tələbələri təltif olundular – FOTO

12:17 - 18 / 10 / 2018
BANM-ın rektoru və tələbələri təltif olundular – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Ali Məktəbin tələbələri  "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində iştirak ediblər.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, mərasimdə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov tərəfindən Bakı Ali Neft Məktəbinə  “İnterstellar” komandasının “Cansat Azərbaycan 2018” tələbə model peyk müsabiqəsində verdiyi dəstəyə görə xüsusi “Təşəkkürnamə” rektor Elmar Qasımova təqdim edilib.

Müsabiqədə ikinci yerə layiq görülmüş BANM-ın 6 nəfər tələbədən ibarət “İnterstellar” komandası isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə tərəfindən rəmzi plaket və sertifikatlarla təltif edilib.

Tədbirdə çıxış edən Elmar Qasımov ölkənin 11 ali təhsil müəssisəsindən 31 komandanın iştirak etdiyi peyk müsabiqəsində BANM-ın tələbələrinin ikinci yeri əldə etməsini böyük uğur adlandırıb. Rektor gənclərin inkişafında xüsusi rolu olan bu layihənin təşkil olunmasına görə Təhsil Nazirliyi və “Azərkosmos" ASC-yə təşəkkür edib.

S.Xankişiyeva

 

 

Paylaş:
384

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər