1news.az

Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri işdən çıxarılıb

19 Oktyabr saat 11:50 bir dəqiqəlik oxu 73
Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri işdən çıxarılıb

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə BŞBPİ-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.

E.Hacıyev bu təyinata qədər BŞBPİ Mətbuat xidmətinin əməkdaşı olub.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net