BƏƏ – Azərbaycan Ticarət Məclisinin illik görüşünü keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

BƏƏ – Azərbaycan Ticarət Məclisinin illik görüşünü keçirilib

17:43 - 14 / 11 / 2018
BƏƏ – Azərbaycan Ticarət Məclisinin illik görüşünü keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Qubaisi BƏƏ – Azərbaycan Ticarət Məclisinin illik görüşünü keçirib.

1news.az-a səfirlikdən verilən məlumata görə,diplomat bildirib ki, 2017-ci ildən bəri qeyd edilən Ticarət Məclisi BƏƏ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verib. Əgər ilk dəfə 2017-ci ilin may ayında keçirilən Ticarət Məclisinin 9 iştirakçısı var idisə, bu gün onların sayı 34-dür. 2017-ci ilin mart ayına qədər iki ölkə arasında uçuşlar həyata keçirən yalnış iki BƏƏ şirkəti var idisə (Fly Dubai və Air Arabia), bu gün artıq üç şirkət uçuşlar keçirir. Belə ki, üçüncü şirkət - Etihad Hava Yolları BƏƏ-nin ikinci ən böyük hava yolları şirkətidir.

Səfir çıxışı zamanı bir sıra faktlara toxunub:

1.2016-cı ildə BƏƏ-dən Azərbaycana qeyri-neft ixracatının həcmi 49,6 milyon dollar olmuşdusa, 2017-ci ildə bu rəqəm 60 milyon dollara çatıb.

  1. 2016-cı ildə Azərbaycandan BƏƏ-yə qeyri-neft idxalının həcmi 2,9 milyon dollar idisə, 2017-ci ildə bu rəqəm 5,4 milyon dollara yüksəlib.
  2. Azərbaycan Dubayda keçirilmiş qida sərgisində, həmçinin BƏƏ şirkətləri də Bakıda keçirilən sərgilərdə iştirak ediblər.
  3. BƏƏ bazarlarında Azərbaycan istehsalı olan təbii şirələrə, mineral sulara, konservləşdirilmiş ərzaq məhsullarına, ət məhsullarına və müxtəlif meyvə çeşidlərinə rast gəlmək olar.

Məclis qarşısındakı çıxışı zamanı səfir həmçinin ticarət əlaqələrinə, xüsusən maliyyə sektoruna yönəlmiş çətinlik və probləmlərə də toxunub. Belə ki, BƏƏ – Azərbaycan Ticarət Məclisi maliyyə şirkətlərini investorlar qarşısında duran bu problemlərin və çətinliklərin asanlaşdırılmasına yönəlmiş hədəflərə cəlb etməyə, müştərək layihələrin həyəta keçiorilməsi yolu ilə ticari-iqtisadi əlaqələrin inkişaf yollarının öyrənilməsinə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi qarşısında duran çətinliklərin aradan qaldırılması üzərində işə, ticari və iqtisadi müxanizləri asanlaşdırmağa çağırır.

Fəxri qonaq qismində iştirak edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov da çıxış edib. O, səfirin böyük əhəmiyyət kəsb edən Ticarət Məclisini keçirmək təşəbbüsünü yüksək qiymətləndirərək əlavə edib ki, keçən ilkindən fərqli olaraq, iştirakçıların sayındakı artımla bu ilki Məclisə daha böyük maraq var və bu istiqamətdə fəaliyyətə yönəlmiş cəhdləri dəstəklənməlidir.

Ticarət Məclisində Azərbaycan İqtisadiyyat Nazirliyinin və "AZPROMO"nun nümayəndələri, həmçinin hər iki ölkədən olan şirkətlər və iş adamları iştirak ediblər.

P.Sultanova

 

 

Paylaş:
578

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər