Bəhruz Həsənov: Əli Həsənova qarşı kampaniya aparanlar uğursuz insanlardır | 1news.az | Xəbərlər
Siyasət

Bəhruz Həsənov: Əli Həsənova qarşı kampaniya aparanlar uğursuz insanlardır

13:08 - 23 / 07 / 2019
Bəhruz Həsənov: Əli Həsənova qarşı kampaniya aparanlar uğursuz insanlardır

“Meydan TV”-ni idarə edən şəxslərdən biri Həbib Abdullayev (Müntəzir) Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında növbəti dezinformasiya xarekterli status paylaşıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov özünün Facebook-dakı səhifəsində məlumat verib. Onun yazısını olduğu kimi təqdim edirik:

“Ümumiyyətlə, maraqlı tendensiyadır ki, hər il milli mətbuatımızla bağlı əlamətdar günlər ərəfəsində Əli Həsənova qarşı kampaniya başlayır və bu kampaniyada iştirak etmək üçün bəzi “ştatlı” mediaşünaslar, “bəlkə də qaytardılar” ümidi ilə hər yola əl atan bir sıra uğursuz insanlar sıraya düzülürlər. Hətta bunların içərisində ifrat emosiyaya qapılıb özünü “qoruq canavar”ına bənzədən də var, güzgü önündə özünü “aslan” hesab edən də. Olsun, bu artıq adi haldır, adətən əhəmiyyət vermirik. Necə deyərlər, dəyirman oz işini görər, çax-çax başını ağrıdar...Lakin Həbib Abdullayevin Əli Həsənovun “var-dövləti” ilə bağlı yazdığı status hətta “Meydan TV” –nin jurnalisti üçün belə ayıb hesab edilə biləcək dərəcədə uydurma iddialardan ibarətdir.

Bildirmək istəyirəm ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə media mənsublarının mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa edilmiş binaların heç birində Əli Həsənova məxsus əmlak yoxdur. Bəhs olunan binalardan birinin birinci mərtəbəsində ümumiyyətlə “obyekt” yoxdur, ancaq mənzillərdən ibarətdir və hal-hazırda jurnalist ailələri o mənzillərdə məskunlaşmışlar. Digər binanın ilk mərtəbəsi isə binanı inşa edən şirkət tərəfindən “Kaspi” uşaq bağçasına icarəyə verilmişdir. İstənilən halda, bu iddia boş və cəfəngdir. Əli Həsənova aid olduğu iddia edilən “Sapphire” və digər otellər şəbəkəsi, “Narşərab” və başqa restoranlar, marinalar və adı çəkilən digər obyektlər isə tamam başqa şəxslərə məxsusdur, irəli sürülən faktlar böhtan xarakterlidir.

Görünür, statusun müəllifi iddiaları yaxşı araşdırmayıb və yaxud araşdırmağa ehtiyac duymayıb. Nöbəti iddiaya gəldikdə isə, bütün məsuliyyət hissimlə bildirirəm ki, Əli Həsənovun Qubada villasının olması iddiası doğru deyil, sadəcə olaraq, Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün hazırlanan, mütəmadi olaraq dövriyəyə buraxılan qondarma faktlardan biridir. O ki qaldı status müəllifinin sadaladığı digər məsələlərə, Əli Həsənov bununla bağlı hələ illər öncə “BBC Azərbaycanca”ya müvafiq açıqlama vermişdir. Hər bir Azərbaycan vətəndaşının bizneslə məşğul olmaq hüququ vardır, o cümlədən Əli Həsənovun ailə üzvlərinin də. Əgər sizin ailə üzvlərinizin istənilən sahədə yürütdüyü fəaliyyət ölkənin iqtisadi həyatına, təhsil siseminə az da olsa töhfə verirsə, bunun üçün sadəcə qürur duymaq olar.

Əminəm ki, Həbib Abdullayev və onun kimi xarici ölkələrdə məskunlaşan bəzi ictimai fəallar ölkəmizin mənafelərini qorumaq üçün səy göstərsəydilər, beynəlxalq platformalarda hər addımda üzləşdiyimiz erməni lobbisinə qarşı mübarizə aparsaydılar, onları ifşa etsəydilər, ən azından buna cəhd göstərsəydilər biz cəmiyyət olaraq, onlarla da qürur duya bilərdik. Ümid edirəm, nə zamansa bu mümkün olar”.

1news.az

Paylaş:
2920

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37
Bütün xəbərlər