1news.az

“Bermud üçbucağı” ilə bağlı daha bir sirr açılıb

12 İyun saat 17:24 ~ 1 dəqiqəlik oxu 60
“Bermud üçbucağı” ilə bağlı daha bir sirr açılıb

ABŞ-ın Kernel Universitetinin alimləri Bermud üçbucağının əmələ gəlməsinə səbəb olan vulkanların yaranma mexanizmini nəzərdən keçiriblər.

1news.az Deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər Bermud adasında sönmüş vulkandan nümunələr götürərək, əldə olunmuş mikroelementlərin tərkibini təyin etmişdir. Alimlərin fikrincə, əldə olunmuş nəticələr daha da dərin proseslərdən xəbər verir.

Riyazi modelləşdirmənin köməyi ilə, 400-650 kilometr dərinlikdə yerləşən, aşağı və yuxarı mantiya arasında əngəl yaranması ehtimal edilmişdir. Bu səbəbdən material əriyərək yuxarı çıxmışdır.

Bermud adaları gəmilərin və təyyarələrin yoxa çıxması kimi qeyri-adi hadisələrin baş verməsi hesab edilən Bermud üçbucağının bir hissəsi sayılır. Bununla belə, alimlər Bermud üçbucağına nisbətən dünya okeanlarında gəmi itkilərinin daha az baş verməsi nöqteyi-nəzərinə üstünlük verir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net