Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib

16:24 - 12 / 11 / 2018
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib

Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

 “1997-ci ilin noyabr ayında “Çıraq” platformasından ilk neftin əldə edilməsi günü əslində Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcının simvolik tarixidir. “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından hasilat bu platformadan başlanıb. “Çıraq” yeni inşa olunmuş daha böyük və müasir platformalar istismara verilənə qədər, yəni 2005-ci ilədək yataqdan yeganə hasilat və ixrac mənbəyi olub. Bu gün də “Çıraq” bizim AÇG-dəki 6 hasilat platformasından biridir və hələ uzun müddət çalışacaq. Biz fəxr edirik ki, bu platforma 21 ildir ki, tam təhlükəsiz, etibarlı şəkildə fəaliyyətdədir və indiyədək 717 milyon barrel (97 milyon ton) neft hasil edib. Platformada çoxsaylı yerli mütəxəssislər çalışır, o cümlədən onun növbəli işləyən iki rəhbərindən biri məhz Azərbaycan vətəndaşıdır”, - deyə Bəxtiyar Aslanbəyli əlavə edib.

Xatırladaq ki, 1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alınıb. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib.

AÇG-dəki yeni platformadan hasilat 2023-cü ildə proqnozlaşdırılır

Bakıdan təxminən 100 kilometr şərqdə yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır. AÇG yatağı 6 hasilat platformasından (“Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq”) və ən müasir texnologiyalarla təchiz edilən 2 texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir. Dənizdəki qurğulardan dünyanın ən böyük və ən səmərəli terminallarından biri olan, gündəlik 1,2 milyon barrelədək nefti qəbul və emal etmək gücünə malik Səngəçal terminalına neftin nəqli üçün Xəzər dənizinin dibi ilə mürəkkəb sualtı boru kəmərləri şəbəkəsi çəkilib.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokuna daxil olan “Çıraq” yatağı 1997-ci ildən istismardadır. “Mərkəzi Azəri”dən hasilat 2005-ci ilin əvvəllərində başlayıb. “Qərbi Azəri” 2005-ci ilin dekabrından, “Şərqi Azəri” isə 2006-cı il oktyabrından istismardadır. “Dərinsulu Günəşli”dən hasilat 2008-ci ilin aprel ayında başlanıb. Hasil edilən məhsul bu kompleksi “Azəri” yatağında yerləşən əvvəlcədən quraşdırılmış sualtı boru kəmərləri şəbəkəsinə birləşdirən 30 düymlük iki neft kəməri və 28 düymlük tək qaz kəməri ilə qurudakı Səngəçal terminalına nəql edilir.

AÇG yataqlar blokunun işlənməsi çərçivəsində yeni inşa ediləcək “Mərkəzi-Şərqi Azəri” platforması üzrə hasilata 2023-cü ildə başlanması nəzərdə tutulur. Layihə üzrə quruda, tikinti-quraşdırma meydançalarında aparılan tikinti və istismara hazırlıq fəaliyyətlərinin əksəriyyətinin cari qrafikə əsasən 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir.

 “Mərkəzi-Şərqi Azəri” layihəsi AÇG müqavilə ərazisində işlənmənin növbəti mərhələsini təşkil edir. Layihə suyun təxminən 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, 3 yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarətdir.

İndiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,5 milyard barrel neft çıxarılıb

İşlənmənin əvvəlindən bu vaxtadək AÇG yataqlar blokundan 3,5 milyard barrel neft hasil olunub. İndiyədək “Azəri-Çıraq-Günəşli”dən, həmçinin ümumilikdə 30 milyard kubmetrdən çox səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. Yataqda hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatının olduğu proqnozlaşdırılır.

Bu ilin yanvar-iyun aylarında isə AÇG yataqlar blokundan hasilat 108 milyon barrel, yəni 15 milyon ton təşkil edib. Hesabat dövründə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (49 min), “Mərkəzi Azəri” (158 min), “Qərbi Azəri” (127 min), “Şərqi Azəri” (96 min), “Dərinsulu Günəşli” (107 min) və “Qərbi Çıraq” (59 min) platformalarından birlikdə gündəlik orta hesabla 596 min barrel olub.

İki rübdə AÇG-də ümumilikdə 116 neft hasilat quyusu, 53 qaz və su quyusu istismarda olub. Altı ayda blokda 6 neft quyusu və 2 su injektor quyusu qazılıb. İlin ilk 6 ayında AÇG layihəsinə təqribən 236 milyon dollar əməliyyat və 552 milyon dollar isə əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. Bu yatağın əməliyyatçısı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) adından çıxış edən BP şirkətidir.

S.Xankişiyeva

 

Paylaş:
483

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər