Bu abituriyentlər qəbul imtahanının növbəti mərhələsində iştirak edə bilməyəcəklər – AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu abituriyentlər qəbul imtahanının növbəti mərhələsində iştirak edə bilməyəcəklər – AÇIQLAMA

15:51 - 24 / 04 / 2019
Bu abituriyentlər qəbul imtahanının növbəti mərhələsində iştirak edə bilməyəcəklər – AÇIQLAMA

Əvvəlki illərin məzunları, xüsusilə I, IV ixtisas qrupuna qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsində iştirak etməlidirlər.

Əgər onlar bu imtahanda iştirak etməsələr, onda qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. Çünki ikinci mərhələdə iştirak etməyən abituriyent müsabiqəyə buraxılmır.

Bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, abituriyentlər imtahana gələrkən sənədləri ilə bağlı da diqqətli olmalıdırlar:

“Mütləq şəxsiyyət vəsiqəsinin əsli olmalıdır. Bəzən görürük ki, onlar imtahana şəxsiyyət vəsiqələrinin sürətini gətirirlər. Şəxsiyyət vəsiqəsinin əsli, imtahana buraxılış vərəqəsi onların mütləq üzərində olmalıdır”.

X.Xanlarzadə qeyd edib ki, imtahana vaxtında gəlmək vacibdir:

“İmtahan saat 11-də başlayır. Amma imtahana buraxılış vərəqəsinin üzərində imtahana gəlmək vaxtı neçə göstərilibsə, həmin vaxt gəlmək vacibdir. Çünki imtahanın başlamasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Burda abituriyentlərin dinləmə bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayır. Ona görə də sakitliyin təmin olunması üçün imtahanın başlamasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır”.

Mətbuat katibinin sözlərinə görə, qaydaları pozan abituriyentlərin nəticələri ləğv olunacaq.

“Qadağan olunmuş vasitələr - hər hansı konspekt, mobil telefon, əlavə vərəq, dəftər, kitabça imtahana buraxılmayacaq. Üzərində mobil telefon aşkar olunan abituriyent dərhal imtahan binasından xaric olunur. Onların nəticələri ləğv olunur. Eyni zamanda onlar imtahanın ikinci mərhələsinə buraxılmırlar”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

S.Xankişiyeva

 

Paylaş:
534

Son xəbərlər

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50
Bütün xəbərlər