Bu gün ölkə kubokunun finalçıları məlum olacaq | 1news.az | Xəbərlər
Futbol

Bu gün ölkə kubokunun finalçıları məlum olacaq

13:51 - 01 / 05 / 2019
Bu gün ölkə kubokunun finalçıları məlum olacaq

Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

1news.az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mərkəzi arenada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Qırmızı-qaralar” ilk görüşün 73-cü dəqiqəsində Ceyms Adeniyinin vurduğu yeganə qolla qalib gəlib. Lakin cari çempionatda ağdamlılar 4 oyunun hamısında üstün olublar - 4:1, 3:1, 2:1 və 2:1. Komandalar indiyədək üç dəfə dörddəbir finalda, bir dəfə finalda qarşılaşıblar. Bu oyunlarda üçündə “Qarabağ”, birində isə “Qəbələ” qələbə qazanıb.

Mərhələnin digər cavab görüşü isə Zirədə baş tutacaq. “Zirə” öz meydanında “Sumqayıt” klubunu qəbul edəcək. Xatırladaq ki, Sumqayıtda keçirilən ilk oyun qolsuz heç-heçə ilə başa çatıb.

Bu kollektivlər arasına cari çempionatdakı dörd görüşdən üçündə zirəlilər qələbə qazanıblar - 0:1, 3:1, 1:0 və 2:0. Ölkə kuboku hər iki komandanın UEFA Avropa Liqasına vəsiqə qazanması üçün son şansdır.

“Qarabağ” – “Qəbələ” görüşü 17:00-da, “Zirə” – “Sumqayıt” oyunu isə 20:00-da başlayacaq. Hər iki qarşılaşma “CBC Sport” telekanalında canlı yayımlanacaq.

Azərbaycan Kuboku 

Yarımfinal

1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Ələddin Ələkbərov. 

Tofiq Bəhramov arına Respublika Stadionu 

İlk oyun - 0:1

20:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Ramiz Mustafayev. 

Zirə İdman Kompleksinin stadionu.

İlk oyun - 0:0.

1news.az

Paylaş:
582

Son xəbərlər

Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53
Bütün xəbərlər