Bu il BƏƏ-də "Tolerantlıq İli" elan olunub | 1news.az | Xəbərlər
Siyasət

Bu il BƏƏ-də "Tolerantlıq İli" elan olunub

15:51 - 23 / 01 / 2019
Bu il BƏƏ-də "Tolerantlıq İli" elan olunub

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövləti tolerantlıq, sülh, təhlükəsizlik, multikulturalizm dəyərlərinin beşiyi hesab olunur. Belə ki, burada 200-dən artıq millət hörmət və ehtiram şəraitində yaşayır.

Bu çərçivədə BƏƏ dövlətinin qanunları hörmət, ədalət və bərabərlik, cinayətə və şovinizmə, həmçinin ayrı-seçkiliyə və ixtilaf yaratmağa nifrəti təbliğ edir.

BƏƏ dövləti zorakılıq, ekstremizm və ayrı-seçkiliklə mübarizə sahəsində bir sıra beynəlxalq konvensiya və müqavilələrin əsas tərəfdaşı hesab edilir. O özündə şərq və qərb sivilizasiyalarını ehtiva edən və sülhün möhkəmlənməsi, xalqların bir-biri ilə yaxınlaşması baxımından qlobal paytaxta çevrilib. 

15 dekabr 2018-ci il tarixində Əlahəzrət Şeyx Xəlifə bin Zayed 2019-cu ili Birləşmiş Ərəb Əmirliklərində "Tolerantlıq İli" elan edib. Bu, BƏƏ dövlətinin tolerantlıq sahəsində qlobal paytaxt olmasının ən bariz nümunəsi və dövlətin qurucusu Şeyx Zayed kursunun davamıdır. Həmçinin, tolerantlıq, dialoq və müxtəlif mədəniyyətlərə açıqolma dəyərlərinin dərinləşdirilməsinə hədəflənən əsaslı və davamlı bir prosesdir.

         Tolerantlıq ili 5 əsas hədəf üzərində mərkəzləşəcək:

  1. Cəmiyyətdə müxtəlif xalqlar və mədəniyyətlərə açıq olmaq və tolerantlıq dəyərlərinin gənc nəslin diqqətini çəkərək dərinləşdirilməsi;
  2. Bir sıra təşəbbüslərin və böyük layihələr, o cümlədən tədqiqatların həyata keçirilməsi ilə BƏƏ dövlətinin qlobal tolerantlıq paytaxtı statusunun yaradılması;
  3. Bir sıra sosial təşəbbüslərin və müxtəlif mədəniyyətlərin vasitəsi ilə mədəni tolerantlıq;
  4. Mədəni, dini və sosial tolerantlıq dəyərlərinin gücləndirilməsinə yönəlmiş qanunların tətbiqi;
  5. Tolerantlığın təşviqinin gücləndirilməsi və bu məqsədlə media vasitəsi ilə digər təşəbbüslərin həyata keçirilməsi.

 Mohamed Ahmed Alqubaisi

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri

 

Paylaş:
341

Son xəbərlər

31 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35
Bütün xəbərlər