Bu şəxslərin əməkhaqları artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu şəxslərin əməkhaqları artıb

10:13 - 11 / 07 / 2019
Bu şəxslərin əməkhaqları artıb

2019-cu il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1590,7 min nəfər olub, onlardan 898,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumata görə, muzdla işləyənlərin 21,0 faizi təhsil, 18,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

S.Xankişiyeva

 

Paylaş:
506

Son xəbərlər

Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03
Bütün xəbərlər