Bunu edən sürücülər 800 manat cərimə olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bunu edən sürücülər 800 manat cərimə olunacaq

16:25 - 16 / 01 / 2019
Bunu edən sürücülər 800 manat cərimə olunacaq

Son günlər Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarını pozan avtomobillərlə bağlı tədbirlər görməyə başlayıb.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, agentliyin sürücüləri kütləvi şəkildə cərimələməsi bəzi şəxslərin vəziyyətdən çıxmaq üçün “yollar” axtarıb tapmasına səbəb olub. Belə ki, Bakı şəhərində bəzi hallarda sürücülər dayanma-durmanın qadağan edildiyi yerdə maşın saxlayarkən cərimələnməmək üçün nömrənin üstünü örtür, bəzi hallarda isə sürücülər avtomobilin baqajını açıq saxlayaraq kameralar vasitəsi ilə nömrənin qeydə alınmasına menaə yaradırlar.

Bildirilir ki, sürücülərin bu kimi hərəkətlərə yol verməsi onların dayanma-durmaya qayda pozuntusuna görə nəzərdə tutulmuş 20 manat əvəzinə daha yüksək məbləğdə cərimələnməsinə gətirib çıxara bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.9 maddəsi bu kimi hallarla bağlı böyük məbləğdə cəriməni nəzərdə tutur. Belə ki, İXM-nın qeyd edilən maddəsi əsasında nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.

1news.az

Paylaş:
463

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər