Burak Özçivitlə Fahriye Evcen arasında balayı böhranı – FOTO
Türkiyənin məşhur aktyorları Burak Özçivitlə Fahriye Evcen bu ilin iyununda nikah masasına əyləşəcəklər.
Balayını Maldiv adalarındakı məşhur otellərdən birində qeyd etməyi planlaşdran Fahriyenin arsuzu ilə Burak razılaşmayıb.
Belə ki, həmin oteldə standart otaqda bir gecə qalmaq 15 min türk lirəsinə (7745 AZN) başa gəlir.
Həmin oteldə bir həftə qalmaq cütlüyə 105 min TL-yə başa gələcək. Buna görə də Burak bunun israfçılıq olduğunu bildirib. Lakin Fahriyeni tam olaraq bu qərardan dönməsinə də səbəb olmayıb.
Qeyd edək ki, həmin oteldə İngiltərənin kral ailəsindən şahzadə Uilyam ilə həyat yoldaşı Keyt Midelton olmaqla bir sıra məşhur ulduzlar qalıblar.
Haberturk
S.Xankişiyeva
2310