Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

13:22 - 22 / 05 / 2019
Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Daxili İşlər Nazirliyi Cəlilabadda müəllimin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

1news.az-ın Ona-ya istinadla verdiyi xəbərə görə, Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib.

Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.

Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O. Mansurzadə qeyd edib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Lakin araşdırma zamanı həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq da əldə olunub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayonunda müəllimin qız şagirdə sataşdığı üçün döyülməsinə dair görüntülər yayılıb.

S.Xankişiyeva

Paylaş:
667

Son xəbərlər

Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29
Bütün xəbərlər