Çilidə 28 May - Respublika Günü ilə əlaqədar tədbir təşkil edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Çilidə 28 May - Respublika Günü ilə əlaqədar tədbir təşkil edilib – FOTO

11:51 - 20 / 05 / 2019
Çilidə 28 May - Respublika Günü ilə əlaqədar tədbir təşkil edilib – FOTO

Azərbaycan Respublikasının Çili Respublikasındakı Diplomatik Missiyasının təşkilatçılığı ilə 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Çilinin Santiaqo şəhərində rəsmi qəbul təşkil edilib.

1news.az-ın verdiyi xəbərə görə, tədbirdə Çili Respublikasının dövlət və hökumət nümayəndələri, o cümlədən Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi və Nazirliyin bir çox rəsmiləri, Çili Senatında Azərbaycanla dostluq qrupunun sədri senator Fransisko Çauan, Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri və Azərbaycanla dostluq qrupunun üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, elmi-akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 101-ci ildönümünün və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100 illik yubileyinin qeyd olunduğunu bildirib və Demokratik Respublikanın mövcud olduğu qısa müddətdə gördüyü tarixi əhəmiyyətli tədbirlərdən bəhs edib. 1991-ci ildə müstəqilliyinin bərpasından sonra ölkəmizin üzləşdiyi problemlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticədə Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayon olmaqla ərazisinin 20 faizinin işğal edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb və bildirilib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyir.

Səfir Rəşad Aslanov Azərbaycanın əldə etdiyi hərtərəfli inkişafdan bəhs edərək, ölkəmizin təşəbbüskarı və iştirakı ilə həyata keçirilən uğurlu beynəlxalq enerji, nəqliyyat-kommunikasiya layihələri barədə danışıb.

Azərbaycan və Çili arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir, ötən il Çilinin Bakıda diplomatik nümayəndəliyinin təsis edilməsinin, bu yaxınlarda Azərbaycan Respublikasının Xarici İşlər nazirinin Çiliyə ilk rəsmi səfərinin bu il 25 illik yubileyi qeyd olunacaq diplomatik münasibətlərimizin tarixinə mühüm əhəmiyyətli hadisələr olaraq düşdüyünü bildirib.

Tədbir zamanı Azərbaycan haqqında video nümayiş olunub.

S.Xankişiyeva

Paylaş:
714

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər