Çilinin Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çili Respublikasının Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib.
1news.az-a XİN-dən verilən məlumata görə, Pərvin Mirzəzadə Q.Xaraya Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu etdi. Çilinin Azərbaycanda səfirliyinin fəaliyyətə başladığını qeyd edən diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə Azərbaycan və Çili arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
1news.az
592