Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC-ın xəbərlərini yaymağa başlayıb | 1news.az | Xəbərlər
Dünya

Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC-ın xəbərlərini yaymağa başlayıb

11:12 - 26 / 04 / 2019
Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC-ın xəbərlərini yaymağa başlayıb

Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC ilə əməkdaşlıq çərçivəsində agentliyin xəbərlərini yaymağa başlayıb.

1news.az xəbər verir ki, ingilis dilində gündəlik nəşr olunan "Global Times" qəzetinin internet səhifəsində AZƏRTAC-ın Pekində 2-ci "Bir kəmər, bir yol" forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında 821 milyon ABŞ dolları dəyərində əməkdaşlıq sənədlərinin imzalanması mərasimi barədə xəbəri yerləşdirilib.

Qeyd edək ki, "Global Times" qəzeti Çin Kommunist Partiyasının rəsmi mətbu orqanı olan "Jenmin Jibao" qəzetinin tərkibində, onun ingilis dilində çap variantı kimi 2009-cu ildən dərc olunur. Təkcə Çində deyil, dünyada geniş oxucu kütləsinə malik olan qəzet 2013-cü ildən paralel olaraq ABŞ-da da dərc edilir.

AZƏRTAC Azərbaycan həqiqətlərinin, ölkəmizin hərtərəfli inkişafı barədə məlumatların dünyaya yayılması üçün xarici dövlətlərin nüfuzlu KİV-ləri ilə sıx əməkdaşlıq edir. Ötən il AZƏRTAC ilə Çinin milli xəbər agentliyi Sinxua arasında əməkdaşlığa dair sənəd imzalanıb. Bundan başqa, agentlik təkcə Çində deyil, bütün dünyada məşhur olan ingilisdilli "China Daily" qəzeti ilə də sıx əməkdaşlıq edir. Yaxın vaxtlarda tərəflər arasında əməkdaşlıq sənədinin imzalanması nəzərdə tutulub.

1news.az

 

 

 

Paylaş:
596

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər