1news.az

“Creative Spark Big Idea Video Pitch”: British Council Azərbaycanda kreativ startapçılar axtarır – FOTO – VİDEO

9 Aprel saat 16:44 ~ 4 dəqiqəlik oxu 352
“Creative Spark Big Idea Video Pitch”: British Council Azərbaycanda kreativ startapçılar axtarır – FOTO – VİDEO

British Council Azərbaycanda sahibkarlıq və innovasiya ilə bağlı “Big Idea Challenge” müsabiqəsinə başlayıb. Müsabiqə tələbə və gənc mütəxxəsislərin öz istedadları ortaya qoymağa imkan verəcək.

Müsabiqə aprelin 2-dən iyunun 9-na qədər keçiriləcək. Bu müddət ərzində müsabiqənin üç  kateqoriyaları üzrə startap layihələri qəbul ediləcək:  

  • Rəqəmsal texnoloqiya
  • Sosial təsir
  • Yaradıcılıq

Təqdim edilmiş layihələr real vacib problemləri həll etməli və innovasiyası ilə istehlakçıları təəccübləndirməlidir.

Müsabiqənin qalibi British Council tərəfindən biznes-dəstək alacaq. Həmçinin qaliblər komandası İngiltərəyə tanışlıq turuna dəvət olunaraq, mükafat da alacaq. Mükafat fondu 25 min funt-sterlinq təşkil edir.

“Big Idea Challenge” – Creative Spark beynəlxalq əməkdaşlıq proqramının əsas hissəsidir. Proqramın məqsədi Böyük Britaniyanın tərəfdaş ölkələrin gənclərinin yaradıcı iqtisadiyyatını sahibkarlıq əsaslarla maarifləndirməkdir.

Tərəfdaşlığın əsas mahiyyəti gənclərin faydalı beynəlxalq əlaqə, bazar və ehtiyatlara girişini genişləndirməkdir. Bu il ərzində iştirakçı tərəfdaşlar sahibkarlıq üzrə peşəkar treninqlərin keçirilməsi ilə bağlı birgə çalışacaqlar.  

Layihə çərçivəsində sahibkarlar və tələbələr üçün treninqlər təşkil olunub. Treninqdə Azərbaycanın bir çox universitetlərindən 600 tələbə iştirak edib.

Martın 28-də keçirilmiş məlumatlandırıcı sessiya zamanı aprelin 2-də Creative Spark Enterprise Pitch  müsabiqəsi rəsmi şəkildə elan olunub.

Tələbələri proqramda iştirak etməyə təşviq etmək üçün müvəffəqiyyət qazanmış startapçılar dəvət olunub. Bunların arasında Youth Inc.(youthinc.az), Barama Innovative & Entrepreneurship Center (barama.az) və “Asmart Creative Hub” kimi məşhur şirkətlərin liderləri də yer alıb.

Fotoda: Samr Şah (Summer Xia)

Azərbaycan üzrə Britaniya Şurasının direktoru Samr Şah azərbaycanlı tələbələrin bilik səviyyəsini və onların proqrama marağını yüksək qiymətləndirib:

“Layihənin həyata keçirilməsinə keçən il başladıq. Layihə çərçivəsində ekspertlər vasitəsilə azərbaycanlı tələbələrə köməklik edirik. Ölkədə böyük istedad potensialı olduğu üçün əsas məqsədimiz Azərbaycanda proqramın həyata keçirilməsidir. Bu potensial Azərbaycan iqtisadiyyatının inkişafında uğurla istifadə oluna bilər”.

Direktor sözlərinə əlavə edib ki, Azərbaycana Böyük Britaniyanın kreativ sənaye sahəsinin təcrübəsini də gətirməyə hazır olduqlarını bildirib:  

“Proqramın əsas benefisiarları azərbaycanlı tələbələrdir. Onlar ölkə iqtisadiyyatının şaxələndirilmədi və inkişafında maraqlıdırlar”.

Samr Şahın sözlərinə görə, layihənin həyata keçirilməsi çərçivəsində beş universitetin tələbələri artıq öz biliklərini zənginləşdiriblər:

“Bu il 600 tələbə proqramda iştirak edib. Gələn isə bu rəqəmin 1000 nəfərə qədər artırılması nəzərdə tutulub. Azərbaycanlı tələbələr layihəyə yüksək maraq göstərir. Britaniya Şurası onları dəstəkləməyə hazırdır”.

Məlumatlandırıcı sessiyada iştirak edən tələblər direktorun sözlərini təsdiqləyiblər.

Fotoda: Əsmər Abdullayeva

“Asmart Creative Hub” şəbəkəsinin təsisçisi Əsmər Abdullayeva hesab edir ki, azərbaycanlı tələbələrinin bu proqramda iştirakı həqiqətən Azərbaycanda yaradıcı iqtisadiyyatın inkişafı üçün böyük gələcəyə söz verir:

“Kreativ sahə insan potensialının yetişdirilməsi və kreativ ideyalara investisiya yatırmağa imkan yaratmaqla yanaşı, uzunmüddətli gəlir mənbəyi olmasına şans yaradır”.

Fotoda: Ramil Cabbarov

“Britaniya Şurası tərəfindən təşkil olunana layihə universitetimizin tələbələrinə qlobal səviyyədə startap imkanlarını aşkara çıxaqmaqda kömək oldu. Kreativlik, sosial təlim və rəqəmsal texnologiya – bu üç sahə üzrə universitetin tələbələri öz layihələrini hazırlayıb”, - UNEC biznes inkubatorunun direktoru Ramil Cabbarov deyib.

Ramil Cabbarovun sözlərinə görə, artıq bu layhənin aspektləri də hazırdır:

“Layihənin digər müsbət tərəfi tələbələrin komandada işləməyi öyrənməsidir. Universitetimizin tələbələri bu layihəyə ciddi səylə hazırlaşıblar. Bu cür layihələr tələbələrə yaxşı startapçı olmaq imkanı verir. Tələbələrimizin şans və potensialları yüksəkdir. Qələbəyə inanırıq”.

Müsabiqədə iştirak etmək üçün daha ətraflı məlumatı linkdən əldə edə bilərsiniz:

https://www.britishcouncil.az/en/programmes/education-society/creative-spark/big-idea-challenge

Sosial şəbəklərdə isə #mycreativespark heşteqi buraxılıb.

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net