Cütlüyün piramidada cinsi əlaqəyə girməsi Misirdə qalmaqal yaradıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Cütlüyün piramidada cinsi əlaqəyə girməsi Misirdə qalmaqal yaradıb – FOTO – VİDEO

10:38 - 10 / 12 / 2018
Cütlüyün piramidada cinsi əlaqəyə girməsi Misirdə qalmaqal yaradıb – FOTO – VİDEO

Misirdə məşhur Xeops ehramına dırmaşan cütlüyün cinsi əlaqəyə girdiyi barədə iddialar ölkə gündəminə bomba kimi düşüb.

Cütlük hamı getdikdən sonra hərəkətə keçib. Onlar piramidaya dırmaşmaq qadağan edilsə də, bu iş üçün gecəni gözləyiblər.

Fotoqraf Andre Hvid sevgilisinin piramidaya dırmaşmasını çəkib. Çətinliklə piramidanın zirvəsinə qalxan cütlük bunu qeyd ediblər. Amma bununla da kifayətlənməyiblər. Gənc qadın fotoqraf sevgilisinə çılpaq pozalar verib. Sonra isə cütlük piramidanın zirvəsində cinsi əlaqəyə girib. Danimarkalı fotoqrafın görüntüləri sosial şəbəkədə geniş rezonansa səbəb olub. Hadisə Misirdə sərt reaksiyalara səbəb olub. Misirin Qədim Əsərlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Nazirliyin keçmiş işçisi arxeoloq Zahi Havas isə görüntülərin fotoşop hiyləsi olduğunu bildirib:

 “Yüz faiz fotoşopda hazırlanıb. Gecə yarısı piramidaya daxil olmaq üçün yol yoxdur. Bundan başqa Xeops ehramında daşlar yoxdur. Görüntülərdəki daşlar çox kiçikdir”.

Qeyd edək ki, 2016-cı ildə də bir alman piramidaya dırmaşdığı üçün həbs edilmişdi.

S.Xankişiyeva

 

Paylaş:
972

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər