Daha iki ölkə Azərbaycanda səfirlik açır | 1news.az | Xəbərlər
Siyasət

Daha iki ölkə Azərbaycanda səfirlik açır

15:00 - 15 / 11 / 2018
Daha iki ölkə Azərbaycanda səfirlik açır

Slovakiya və Çili ölkələrimiz arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi məqsədilə yaxın vaxtlarda Azərbaycanda səfirlik statusunda diplomatik nümayəndəliklərini açmaq niyyətində olduqlarını bildiriblər.

Belə ki, Azərbaycan Respublikasına rəsmi səfər zamanı Slovakiya Respublikasının baş naziri Peter Pelleqrini ölkəsinin Azərbaycanda tezliklə səfirlik açacağını söyləyib. Avropa İttifaqı, xüsusilə onun üzvləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Artıq ona yaxın Aİ üzv ölkəsi ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Bu xüsusda, Aİ üzv ölkəsi olan Slovakiyanın ölkəmizdə diplomatik missiyasını təsis etməsi qərarı Azərbaycana göstərilən diqqətin və marağın bariz nümunəsidir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın Slovakiyada səfirliyi yoxdur.

Çili Respublikasının Xarici İşlər Nazirliyi isə 2018-ci ilin 14 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək, iki ölkə arasında münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq ölkəmizdə yaxın vaxtlarda Çili Səfirliyinin açılacağını bəyan edib.

Yalnız son həftə ərzində iki dövlətin Azərbaycanda diplomatik nümayəndəliyini təsis etmək qərarı ölkəmizin dövlət başçısının rəhbərliyi altında aparılan uğurlu xarici siyasəti nəticəsində artan nüfuzundan xəbər verir.

Beynəlxalq əlaqələrinin coğrafiyasını davamlı şəkildə genişləndirən ölkəmiz bu gün istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini inkişaf etdirir və dünya  dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.

Qeyd edək ki, ölkəmiz erməni diasporunun güclü olduğu Latın Amerikası ölkələri ilə münasibətlərinin inkişafına xüsusi önəm verir. Azərbaycanın sözügedən regionun 7 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Müvafiq olaraq bu gün Latın Amerikasının bir çox ölkələrinin, o cümlədən Argentina, Braziliya, Meksika, Peru, Kosta-Rika, Venesuela və Kubanın Azərbaycanda diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Mütəmadi olaraq sözügedən region ilə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirilir.

Nəzərinizə çatdıraq ki, Azərbaycanda iqamətgahı Bakıda olmaqla 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Bunların içərisində 25 səfirlik Avropa ölkələrinə məxsusdur. Həmçinin, ölkəmizdə 4 Baş konsulluq fəaliyyət göstərir. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 10-dan artıq fəxri konsulluğu fəaliyyət göstərir.

1news.az

Paylaş:
510

Son xəbərlər

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18
Bütün xəbərlər