Dayı ilə bacıoğlu 14 qoyuna görə fermeri öldürdülər – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Dayı ilə bacıoğlu 14 qoyuna görə fermeri öldürdülər – TƏFƏRRÜAT

12:34 - 23 / 01 / 2019
Dayı ilə bacıoğlu 14 qoyuna görə fermeri öldürdülər – TƏFƏRRÜAT

Ağcabədi rayonunda gənc oğlan dayısı ilə birgə fermeri öldürüb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, yanvarın 20-də rayonun Hindarx qəsəbə sakini, 1969-cu il təvəllüdlü İltifat Cənnətov polisə müraciət edərək qardaşı, 1956-cı il təvəllüdlü Əhliman Cənnətovun saat 04:00 radələrində özünə məxsus fermadan 15 baş qoyunla birlikdə getdiyini və geri qayıtmadığını bildirib.

Ə.Cənnətovun Hindarx qəsəbəsi ərazisində yerləşən fermasına, yaşayış üçün nəzərdə tutulmuş bir otaqdan ibarət tikiliyə və tövləyə baxış keçirilib. Bu zaman hər hansı cinayət izi aşkar olunmayıb.

Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu və oğurluq maddələri ilə cinayət işi başlanılıb.

Yanvarın 22-də cinayət işi məcəllənin tamah məqsədilə adam öldürmə maddəsinə tövsif olunub.

İstintaq zamanı müəyyən edilib ki, rayonun Şərəfxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Mamedzadə Sərxan Saleh oğlu dayısı, 1980-cı il təvəllüdlü Mansur Qasımovla birlikdə qabaqcadan Ə.Cənnətovu öldürərək heyvanları ələ keçirməyi planlaşdırıblar.

Yanvarın 19-u axşam saat 20:00 radələrində M.Qasımova məxsus avtomobillə Ə.Cənnətovun fermasına gəliblər. Əhliman onlara yaxınlaşaraq salamlaşıb, bu zaman Mansur onu ağac parçası ilə vurub yerə yıxıb, daha sonra huşsuz vəziyyətdə olan kişini özü ilə gətirdiyi iplə boğaraq öldürüb.

Ə.Cənnətovun meyitini maşının baqajına qoyaraq fermadan 150 metr kənarda əkin sahəsində basdırıblar. Daha sonra fermadakı 14 baş qoyunu götürüb Ağcabədi mal-qara bazarına aparıb satıblar, əldə etdikləri pulu aralarında bölüblər.

1news.az

Paylaş:
376

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər