DÇ-2018: ilk finalçı Fransa oldu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

DÇ-2018: ilk finalçı Fransa oldu - VİDEO

09:32 - 11 / 07 / 2018
DÇ-2018: ilk finalçı Fransa oldu - VİDEO

İyulun 10-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ilk yarımfinal mərhələsinin oyunu keçirilib. Meydana Fransa və Belçika yığmaları çıxıblar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Sankt Peterburq Arena” stadionunda keçirilən görüşdə Fransa millisi Belçika yığmasını minimal hesabla məğlub edib (1:0).

Mundialın favoritləri sayılan hər iki komandanın qarşılaşmasında ilk dəqiqələrdən hər iki komanda bir neçə təhlükəli hücumlar yaradıb. Buna baxmayaraq, ilk hissədə hesab açılmayıb.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə hesabı fransızlar açıb. Antuan Qrizmanın künc ötürməsini Samuel Umtiti dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0.

Beləliklə, Fransa millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Fransızların final mərhələsindəki rəqibi bu gün keçiriləcək İngiltərə-Xorvatiya görüşündən sonra bilinəcək.

Xatırladaq ki, Fransa dörddəbir finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə beşqat dünya çempionu Braziliyanı millisini 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.

Komandalar bu vaxtadək dünya çempionatlarında iki dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının səkkizdəbir final mərhələsində Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıblar.

1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatının bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

1998-ci il dünya çempionatının qalibi olan Fransa 1998-ci və 2006-cı illərdə finala vəsiqə qazana bilib. Beləliklə, Fransa millisi tarixində üçüncü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb.

Heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

Mundialın üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

1news.az

Paylaş:
1005

Son xəbərlər

Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22
Bütün xəbərlər