Deputat:  Fransa şirkətləri Bakıda bağlı qapılarla rastlaşanda, Makronu və ətrafını ağıla gətirərlər | 1news.az | Xəbərlər
Siyasət

Deputat:  Fransa şirkətləri Bakıda bağlı qapılarla rastlaşanda, Makronu və ətrafını ağıla gətirərlər

14:37 - 16 / 11 / 2018
Deputat:  Fransa şirkətləri Bakıda bağlı qapılarla rastlaşanda, Makronu və ətrafını ağıla gətirərlər

“Fransa ATƏT-in Minsk qrupuna həmsədr dövlət kimi təklif olunanda rəsmi Bakı açıq şəkildə buna qarşı çıxmışdı”.

Bu barədə 1news.az millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri, eyni zamanda separatçı rejimlə əlaqəli atdığı digər qanunsuz addımları şərh edərkən bildirib.

O xatırladıb ki,  mərhum prezident Heydər Əliyev konkret olaraq həmin təkilfə yox demişdi:

“Bunun səbəbini isə belə əsaslandırmışdır ki, Fransada 500 mindən çox erməni yaşayır və Qarabağ məsələsində açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir. Sonra kompromis kimi ABŞ-ı da bu həmsədrliyə daxil etdilər. Yəni Fransanın ermənipərəst mövqeyi bizə əvvəldən bəlli idi və bu, bizim üçün yenilik deyil.

O dövrdə prezident olan Jak Şirak Azərbaycana vəd vermişdir ki, Fransada ermənilərə çox mehriban yanaşılsa da, beynəlxalq hüquq, ədalət var və Qarabağ məsələsində tərəfsiz olacağlar. Bəli, vədlər verilmişdi”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Fransa ilə müxtəlif sahələrdə əməkdaşlıq edir və indiyə kimi xeyli işlər görülüb:

“Bir sıra Fransa şirkətlərini Azərbaycana dəvət etdik, onlara işləmək üçün imkanlar yaratdıq. Həmin şirkətlər burdan xeyli pul qazanıblar. Eyni zamanda Heydər Əliyev Fondunun xətti ilə orda bir sıra humanitar layihələr həyata keçirib. Bakıda Fransa-Azərbaycan Univeriteti, liseyi açılıb. Bunlar müəyyən mənada Fransanın bu məsələlərdə birtərəf mövqeyindən uzaqlaşmasına yönələn hərəkətlər idi.  Biz Fransa ilə prioritet münasibətlər inkişaf etdirirdik. Ancaq təəssüf olsun ki, Emmanuel Makron prezident seçildikdən sonra Fransa bu məsələlərdə tərəf kimi çıxış etdi.

Parisin belə səfərlərlə bağlı mövqeyi bundan ibarət olur ki, deputatalar, bələdiyyə sədrləri bu cür məsələlərdə sərbəstdirlər və hər hansı müdaxilə imkanları yoxdur. Yalan danışırlar, mən görmürəm ki, bir nəfər Krıma, ya Donbasa, yaxud Abxaziyaya, Osetiyaya ayaq bassın. Deməli, istədikləri halda bunun qarşısını alırlar. Azərbaycan yanaşmada isə görünən budur ki, hər hansı tədbir görmürlər.

Təbii ki Azərbaycan buna göz yuması deyil. İndi sabah Fransa şirkətləri, hansılar ki, burda böyük müəssisələr tikib, pul qazanıblar, Bakıda bağlı qapılarla rastlaşanda, gedib Makronu və onun ətrafını ağıla gətirərlər. Həmin şirkətlər Balaxanıda tullantıların emalı ilə bağlı böyük zavod tikiblər, metronun inkişafı, dəmiryolları ilə bağlı layihələrdə işləyiblər, "Airbus" şirkətindən təyyarələr alınıb. O şirkətlərin rəhbərləri qazanc gözləyirlər, amma Bakı deyəndə ki, gedin, sizinlə daha işləmirik, onda siyasətçilərin yaxasından yapışacaqlar”.

R.Musabəyov əlavə edib ki, Fransanın bölgədə qazanc yeri Azərbaycandır, Ermənistan xərc yeridir:

“Sabah Bakı digər həmsədrləri qəbul edib, Fransanın həmsədrini qəbul etməsə, onda başlayacaqlar anlamağa”.

Politoloq hesab edir ki, vəziyyət bu istiqamətdə cərəyan etdiyi halda, rəsmi Bakı belə addımlara gedə bilər: “Mən bu cür münasibəti istisna etmirəm”.

Fransanın həmsədrlikdən geri  çağırılmasına dair səsləndirilən təkliflərə gəlincə, millət vəkili bunu  müşkül, amma mümkün sayır:

“Bu mümkündür, amma gərək onda biz münaqişənin danışıqlar yolu ilə nizamlanmasını bir kənara qoyub, bir il, yaxud daha çox vaxtı  həmsədrin dəyişdirilməsinə sərf edək. Yəni, biz Frasanı həmsədr dövlət kimi  “iqnor” edə bilərik. Dəyişdirmək məsələsi isə xeyli vaxt, zəhmət, əziyyət tələb edir ki, konkret danışıqları kölgədə qoymasın. Mən heç istisna etmirəm ki, ermənilərin planları içərisində Minsk qrupunun işini iflic etmək üçün elə bu məsələ də var”.

P.Sultanova

 

 

Paylaş:
570

Son xəbərlər

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18
Bütün xəbərlər