Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi

15:56 - 13 / 06 / 2019
Deputat: Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi

Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı təkcə müzəffər yürüş olmaqla qalmır. Ulu öndər qarşısında qalaqlanmış şər, yalan, iftira hasarlarını dağıtmalı, tərəddüd edənləri inandırmalı, tərəfdaşlarını başına yığmalı idi. Ulu öndərin dahiliyi onda idi ki, bütün bunların öhdəsindən gəlməklə yanaşı, milli dövlətçilik ənənələrini möhkəmlədərək bugünkü qüdrətli Azərbaycanın təməlini qoymağı bacardı. Heydər Əliyev üçün Vətən, xalq, torpaq, xalqın şərəf və ləyaqəti anlayışları ayrılmaz idi.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Hüseynbala Mirələmov deyib.

Deputat bildirib ki, bu gün 1993-cü ilin iyun günlərini xatırlamaq belə təlaş və vahimə doğurur:

"Həmin dövrün dəhşətli siyasi mənzərəsində nələr yox idi: Ermənistanın təcavüzü genişlənirdi, Azərbaycan strateji mövqelərini bir-bir əldən verirdi. Müharibə aparan ölkənin nizamlı ordusu yox idi. Siyasiləşdirilmiş ordu hissələrində intizamsızlıq, qarşıdurma əhval-ruhiyyəsi onun düşmənə qarşı döyüş qabiliyyətini heçə endirmişdi. Hakimiyyət kürsüsü uğrunda gedən çəkişmələr, qruplararası ziddiyyətlər, tayfa münasibətlərini kəskinləşdirən ədavət hissləri, xəyanət və satqınlıqlar dövlət idarəçiliyini heçə endirmişdi.

Əbülfəz Elçibəy prezident olsa da, heç bir siyasi nüfuzu qalmamışdı, Gəncədə Surət Hüseynov özünü hakimi-mütləq hesab edirdi. Ölkədə anarxiya, xaos hökm sürürdü. AXC-Müsavat cütlüyünün tərəfdarları özlərini az qala qoçular kimi aparırdılar, küçənin ortasında sorğu-sualsız əhaliyə divan tuturdular, öz despot "ədalət meyarları" çərçivəsində haqq-hesab çürüdürdülər... Aparılan daxili siyasətin nəticələri ağır idi. Milli münasibətləri qəsdən kəskinləşdirirdilər. Azərbaycan faktiki olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Ölkə sözün həqiqi mənasında vətəndaş müharibəsinin astanasında idi. Bu millətin əsgərləri torpağına göz dikən düşməndən daha çox, kürəyinə açıla biləcək "qardaş" gülləsindən ehtiyatlanırdı... Hakimiyyət ermənilərin işğalçı hücumlarının qarşısını almaq əvəzinə Gəncəyə hücum planı hazırlayırdı. 1993-cü ilin iyun günləri belə idi".

H.Mirələmov vurğulayıb ki, həmin illərdə dövlətin sabit xarici siyasət kursu olmadığından ölkənin beynəlxalq aləmdə nüfuzu heçə endirilmişdi, strateji baxımdan mühüm əhəmiyyət daşıyan qonşu ölkələrlə münasibətlərdə soyuqluq yaranmışdı:

"Müharibə aparan bir ölkənin iqtisadi durumu böhran həddinə çatmış, xarici iqtisadi əlaqələr pozulmuş və nəhəng sənaye müəssisələri dayanmışdı. Amma təlatüm və fırtınalar xalqın öz qəlbində yandırdığı ümid şamını söndürə bilmirdi. Böyük Azərbaycan ulu Naxçıvandan xəbər gözləyirdi, xalq öz əzəmətli sərkərdəsini soraqlayırdı. Heydər Əliyevi tanıyanlar əmin idilər ki, o, yeri gəlsə, canını qurban verər, ancaq Vətənini, torpağını, xalqını fəlakətdə qoymaz! Ən çətin və mürəkkəb məqamlarda belə xalqına sədaqətli olan, Vətəni Azərbaycanın və doğma xalqının taleyini öz taleyində yaşayan böyük vətəndaş nəhayət ki, qayıtdı, özünü xalqına yetirdi.

Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi. Ulu öndərin öz xalqı, dövləti üçün etdiklərini təkcə bugünkü deyil, gələcək nəsillər də dönə-dönə qiymətləndirəcək və rəhmət oxuyacaqlar.

Hazırda Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edərək qüdrətlənən, beynəlxalq aləmdə öz sözünü deməyi bacaran və sabitlik adası adlandırılan Azərbaycanın dünyanın mühüm beynəlxalq tədbirlərinə ev sahibliyi edən gözəl paytaxtında sizinlə 26 il öncəki hadisələri dəhşətli yuxu kimi xatırlayanda o qara günləri əyani şəkildə yaşamış biri kimi ürəyimin diqtəsi ilə dilimdən şükür və minnətdarlıq kəlmələri qopur: Nə yaxşı ki, bu xalqın Heydər Əliyev kimi fenomen övladı olub... Şükür ki, o, vaxtında qayıdaraq bu dövləti və xalqı xilas edib!".

1news.az

Paylaş:
409

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər