Deputat: Yeni sərəncamlar aparılan sosial siyasətin inqilabi xarakter daşıdığını sübut edir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Yeni sərəncamlar aparılan sosial siyasətin inqilabi xarakter daşıdığını sübut edir

11:45 - 21 / 06 / 2019
Deputat: Yeni sərəncamlar aparılan sosial siyasətin inqilabi xarakter daşıdığını sübut edir

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni sərəncamlar imzalayıb. Artıq mediada haqlı olaraq, “yeni sosial paket” kimi qiymətləndirilən  bu sərəncamlar “Minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması”, “dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılması”, “hərbi, hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılması”, “dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması”, “dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması” kimi önəmli addımları nəzərdə tutur.

1news.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva özünün "Facebook" səhifəsində yazıb. 

O qeyd edib ki, respublikamızın yeni tarixində ilk dəfə olaraq, bir il içində, üstəlik, yaxın aylar ərzində minimum əməkhaqqı və ümumən maaşlar məhz indi bu dərəcədə artırılmış oldu.

"Xatırladaq ki, cari ilin mart ayının 1-də Azərbaycan Respublikasında minimum əməkhaqqı 180 manat oldu; o vaxt minimum əməkhaqqının məbləği 50 manat (38,5 faiz) artırılmış, minimum əməkhaqqının artımı birbaşa 600 minədək vətəndaşımızı əhatə etmişdi. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olmuşdu. Həmin artımı vaxtı, rəsmi olaraq deyilirdi ki, bu mühüm sosial önəmi olan addım, bütün digər məziyyətləri ilə yanaşı, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsirlərə də malikdir.

Bir sözlə, 2019-cu ilin əvvəlində sosial sahədə atılan addımlardan və ölkə başçısının imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamlılığını, uğurlu sosial dövlət modelini göstərir.

Prezidentin imzaladığı yeni sosial paket sosial mediada, saytlarda ictimaiyyətimiz tərəfindən təqdirlə qarşılandı, ictimaiyyətimizin fəal kəsimi öz təhlilləri ilə də seçildi. Bütün hallarda məntiq, mahiyyət eynidir: dövlət xalq üçün çalışır, dövlət başçısı xalqını düşünür, onun rifahının yüksəldilməsi üçün nə mümkündürsə, edir; yeni sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını sübut edir.

Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində böyük hərflərlə Vətəndaş,  vətəndaşımızın normal sosial təminatı, rifahının yüksəldilməsi dayanır.  Yeni sosial paket ümumilikdə 2 milyondan çox insanımızı əhatə etməklə ümumxalq, ümumölkə xarakteri daşımaqdadır. Yəni, dövlət büdcəsində formalaşmış əlavə gəlirlərin bilavasitə vətəndaşların sosial rifah halının yaxşılaşdırlmasına yönəldilməsi dövlət-vətəndaş, vətəndaş-dövlət etimadını daha da qüvvətləndirməklə, mövcud sosial siyasətin alternativlərin ən yaxşısı olduğunu göstərir", deyə Paşayeva vurğulayıb.

1news.az

Paylaş:
556

Son xəbərlər

Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58
Bütün xəbərlər