Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib – FOTO

15:51 - 14 / 11 / 2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib – FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-da səfərdədir.

Komitədən 1news.az-a bildiriblər ki, əvvəlcə nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ümummilli lider Heydər Əliyevin büstünün ziyarət edib, önünə gül dəstələri qoyub.

Daha sonra nümayəndə heyətinin Meksikanın Los-Ancelesdəki baş konsulu Carlos Eugenio Garcia de Alba Zepeda ilə görüşü olub. Görüşdə Azərbaycan dövlətinin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan Diasporuna Dəstək Fondu haqqında məlumat verilib. Eyni zamanda, ABŞ-dakı Meksika diasporunun tarixi, inkişaf prosesi, problemləri müzakirə olunub, bu ölkədəki Azərbaycan və Meksika diasporunun birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin növbəti görüşü San-Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq ilə baş tutub. Görüşdə Kaliforniyanın ən böyük şəhərlərindən biri olan San-Dieqo ilə əməkdaşlığın zəruriliyi vurğulanıb. Tərəflər ABŞ-da Azərbaycan mədəniyyətinin tanıdılması və həqiqətlərinin təbliği istiqamətində daha çox işlərin görülməsi ilə bağlı razılığa gəliblər.

Los-Anceles səfəri çərçivəsində Koreya-Asiya icmasının 40 nəfər üzvü ilə keçirilən görüşdə Azərbaycanın tolerantlıq modeli haqqında qısa metrajlı film nümayiş etdirilib. Daha sonra Azərbaycanın Asiya ölkələri, xüsusilə Koreya ilə əlaqələri, Azərbaycanın turizm potensialı və Azərbaycan diasporunun dünyadakı mövcud vəziyyəti barədə məlumat verilib. Azərbaycan haqqında sual-cavab formatında baş tutan görüşün sonunda hər iki icmanın nümayəndələri Kaliforniyada öz qüvvələrini birləşdirib daha sıx əməkdaşlıq etməyi qərara alıb.

Bundan başqa, Şimali Amerika Yəhudi Federasiyalarının İdarə Heyətinin sabiq sədri Milken Ailə Fondunun vitse-prezidenti, Kaliforniya Berkli Universiteti Fondunun İdarə Heyətinin üzvü Riçard Sandler ilə də görüş olub. Görüşün əsasən Azərbaycan və yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail arasındakı əlaqələr, Azərbaycan Diasporuna Dəstək Fondu ilə Milken Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı və İran-Amerika Yəhudi Federasiyasının ev sahibliyi ilə keçirilən tədbirə qatılıb. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan və yəhudi xalqlarının dostluğu, Azərbaycan-İsrail münasibətlərinin tarixi barədə danışıb, hər iki icmanın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və maraqları naminə birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev keçirilən görüşlərdə nümayəndə heyətini müşayiət edib.

S.Xankişiyeva

 

Paylaş:
378

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər