Dilqəm Əsgərovun oğlu: Atamın qayıdışına lap az qalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dilqəm Əsgərovun oğlu: Atamın qayıdışına lap az qalıb

17:39 - 26 / 11 / 2017
Dilqəm Əsgərovun oğlu: Atamın qayıdışına lap az qalıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağda saxlanılan şəxslərlə görüşüblər.

1news.az-ın modern.az-a istinadla verdiyi xəbərə görə, bu barədə məlumat verən BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, noyabr ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha başçəkmə baş tutub:

"Şəxslərin saxlanma şəraiti, onlarla rəftar monitorinq edilib. Onlara ailələrindən məlumatlar çatdırılıb, həmçinin ailələrinə çatdırılması üçün onlardan məlumatlar götürülüb”.

Şahbaz Quliyev ailəsinə yazdığı məktubda hər şeyin normal olduğunu bildirib. Həmçinin, ailə üzvlərinə ondan nigaran qalmamalarını tövsiyə edib.

Digər həmvətənimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasından məlumat aldığını bildirib:

"Atam sonuncu məktubunu noyabrın 1-də yazıb. Hər şeyin yaxşı olduğunu deyir”.

D.Əsgərov və Şahbaz Quliyevin bir-birilə təmaslarına gəlincə, K.Əsgərov atasının həbsxanada tək saxlanıldığını bildirir:

"Atam kişidir. Kişi kimi yaşayıb, kişi kimi də yaşayır, orada da kişi kimi tək qalır”.

4 ilə yaxındır Qızıl Xaç Komitəsindən məlumat aldıqdan sonra mütəmadi açıqlamalar verən və həmişə ümidsiz olan K.Əsgərov ilk dəfə olaraq, bu qədər inamlı danışır:

"Atamın qayıdışına lap az qalıb. Son 1 il 6 ay. Mən ali baş komandanımız, cənab İlham Əliyevə, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova güvənirəm. Atam qayıtdıqdan sonra bilinməyən çox şeyləri öyərənəcəksiniz. O zaman hər şeyi daha yaxşı anlayacaq hər kəs. Hər şeyin vaxtı var. İndi üçün yalnız onu deyə bilərəm ki, Dilqəm Əsgərov orada təklənib, kişi kimi tək mübarizə aparır”.

K.Əsgərov hazırda dövlət səviyyəsində işlərin sürətləndiyini vurğulayıb:

"Cənab prezidentin sayəsində mən atama qovuşacağıma inanıram. Dilqəm Əsgərov qayıtdıqdan sonra sizə qaranlıq qalan sualları özündən soruşarsınız. Atam demiş "Allah Kərimdir”. Güclü liderimiz sayəsində o günlər yaxındadır”.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır. 2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş.Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Üçünücü azərbaycanlı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

S.Xankişiyeva

 

Paylaş:
638

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər