DİN qardaşın bacısı tərəfindən hində saxlanılması ilə bağlı açıqlama yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN qardaşın bacısı tərəfindən hində saxlanılması ilə bağlı açıqlama yaydı

10:57 - 25 / 04 / 2019
DİN qardaşın bacısı tərəfindən hində saxlanılması ilə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi hində zəncirlənmiş halda saxlanıldığı deyilən şəxslə bağlı araşdırmalara başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Modern.az-a bildirib ki, məlumat sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırmalar başlayıb:

“Ucar rayon polis şöbəsinin əməliyyat qrupu, rayon prokurorluğunun və Qarabörk kəndinin rəsmilərinin iştirakı ilə Əfşan İbrahimova və qardaşı İlyas İbrahimovun ünvanına baxış keçirilib. Baxış zamanı İlyas İbrahimovun ikimərtəbəli evin birinci mərtəbəsindəki çarpayıda yatdığı müşahidə olunub. Ev şəraiti normal olub”.

O.Mansurzadənin sözlərinə görə, ruhi xəstə və I qrup əlil olan İlyas İbrahimov 20 ildir ki, bacısı Əfşan İbrahimovanın himayəsindədir:

“Bu müddət ərzində heç bir instansiyaya bacısı tərəfindən baxılmaması yaxud onunla kobud rəftara dair müraciət daxil olmayıb. Əfşan İbrahimova rəsmi olaraq İlyas İbrahimovun qəyyumudur. Qonşularla söhbət zamanı da İlyas İbrahimovun xəstə olduğu, ona bacısı tərəfindən baxıldığı bildirilib. Onların izahatından və hadisə yerinə baxışdan da bəlli olub ki, İlyas İbrahimovun hində, insan həyatı üçün uyğun olmayan bir şəaritdə yaşaması barədə sosial şəbəkələrdə yayılan məlumatların heç bir əsası yoxdur”.

DİN rəsmisinin sözlərinə görə, polis əməkdaşları tərəfindən Ə.İbrahimovaya aidiyyatı dövlət orqanlarında qardaşına baxılması üçün yardım təklif edilib:

“Amma Əfşan İbrahimova qəyyum olaraq qardaşına özünün baxacağını bildirərək, yardımdan imtina edib”.

S.Xankişiyeva

 

Paylaş:
430

Son xəbərlər

Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32
Bütün xəbərlər