DİN Xırdalanda parkda şpris başlıqlarının aşkarlanması xəbərinə münasibət bildirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Xırdalanda parkda şpris başlıqlarının aşkarlanması xəbərinə münasibət bildirib – FOTO

12:02 - 13 / 11 / 2018
DİN Xırdalanda parkda şpris başlıqlarının aşkarlanması xəbərinə münasibət bildirib – FOTO

Daxili İşlər Nazirliyi (DİN) bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub ki, qeyd olunan fotonu Bakı şəhər sakini olan bir nəfər xarici dövlətlərdən birində yaşayan başqa bir şəxsin səhifəsindən götürərək öz instagram səhifəsində paylaşıb:

“Sonradan ucuz reytinq arxasınca qaçan bəzi aztanınan saytlarımız həmin fotoları götürərək öz səhifələrində yerləşdiriblər və iddia ediblər ki, guya bu şəkillər Abşeronda – daha dəqiq, Xırdalanda yerləşən parklardan birində çəkilib. Həmin fotoların hansı ölkədə çəkildiyi də müəyyən edilib. Belə ki, araşdırmalar zamanı o da məlum olub ki, fotolar hörmət əlaməti olaraq adını çəkmək istəmədiyim başqa bir dövlətin ərazisində çəkilib və bir müddət əvvəl də elə həmin ölkənin mətbuatında dərc edilərək geniş müzakirə olunub.

Sensasiya arxasınca qaçan bizim bəzi saytlarımız isə bilərəkdən heç bir dəqiqləşdirmə aparmadan bu fotoların guya Abşeronda çəkildiyini bildirərək əhali arasında çaşqınlıq və vahimə yaratmağa cəhd göstəriblər ki, bu da ən azından təəssüf doğurmaya bilməz”.

S.Xankişiyeva

 

Paylaş:
469

Son xəbərlər

“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18
Bütün xəbərlər