1news.az

Diplomatlar Şamaxıya səfər edib

19 Aprel saat 11:22 ~ 1 dəqiqəlik oxu 266
Diplomatlar Şamaxıya səfər edib

Bu gün Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edirlər.

1news.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, səfərdə ölkədəki diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edirlər.

 Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.

 Xarici diplomatların səfəri çərçivəsində  Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlar ilə görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net