Dmitri Savelyev: 2020-ci ildə Azərbaycan rusiyalıları təəccübləndirə bilər | 1news.az | Xəbərlər
Müsahibə

Dmitri Savelyev: 2020-ci ildə Azərbaycan rusiyalıları təəccübləndirə bilər

16:10 - 26 / 12 / 2018
Dmitri Savelyev: 2020-ci ildə Azərbaycan rusiyalıları təəccübləndirə bilər

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-a müsahibə verib.

O, müsahibəsində Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıqdan danışıb.

-Dmitri İvanoviç, 2018-ci ildə Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

-Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələr iqtisadi əməkdaşlığımızın getdikcə artan səviyyəsi fonunda inkişaf edir. Birgə layihələrin sayı artır, turist axını güclənir: bizim vətəndaşlarımız Azərbaycana həvəslə səyahət edir və oradan bu ölkəyə vurğunluq hissi ilə qayıdırlar.

Müvafiq olaraq, Rusiyada daha çox insan Azərbaycanın mədəniyyəti, adət-ənənələri, klassik və müasir incəsənəti, dili ilə maraqlanır. Ona görə də Rusiyada sərgilər, konsertlər, mədəniyyət və milli mətbəx bayramları daha tez-tez və böyük uğurla keçirilir. Əlbəttə, birgə layihələr üzərində işləyən Rusiya və Azərbaycanın teatrları və muzeyləri arasında əməkdaşlıq da inkişaf edir.

-Yola saldığımız ildə Rusiya və Azərbaycanın iştirakı ilə hansı mədəni hadisə şəxsən sizdə daha böyük təəssürat yaradıb?

-Bilirsiniz, onların hər biri tamamilə unikaldır. Onlar ülvi duyğular, yaxı əhval-ruhiyyə, yeni məlumatlar bəxş edirlər. Yuxarıda “Yeddi gözəl” sərgisini qeyd etdim. Bu, tamaşaçını Azərbaycan incəsənətinin bütün növlərinin dərinliklərinə aparan, həmçinin poeziya, xalçaçılıq, zərgərlik, XI əsrin Təbriz miniatürləri, bu il Rusiya və Azərbaycanda yubileyini qeyd etdiyimiz Qara Qarayevin yaratdığı XX əsrin böyük balet sənəti və s. ilə tanış edən mükəmməl layihədir. Lakin qorxuram ki, bu il ölkəmizdə keçirilən bütün tədbirləri sadalamağa vaxtımız çatmasın.

Burada bir vacib məqamı qeyd etmək istəyirəm: əlbəttə, Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin qorunub saxlanılması və inkişafında əsas rolu rus dili oynayır. Azərbaycanda rus dilinə münasibət Prezident Heydər Əliyevin yüksək nüfuzu sayəsində formalaşıb. O, rus dili və ədəbiyyatını Azərbaycanın çoxşaxəli mədəni irsinin tərkib hissələrindən biri kimi görürdü. Rus dilində təhsil inkişaf etməkdə davam edir və bunun sayəsində biz bir-birimizə daha da yaxınlaşmaq imkanı əldə edirik. Bu gün Rusiya və Azərbaycan bu imkanlardan çox səmərəli istifadə edirlər.

-2020-ci ildə Azərbaycan Sankt-Peterburq Mədəniyyət Forumunun qonağı olacaq. Bu tədbir ölkələrimiz arasında humanitar əlaqələrin inkişafı baxımından nə dərəcədə əhəmiyyətlidir və Siz ondan nə gözləyirsiniz?

-Şübhəsiz ki, bu, çox mühüm hadisədir və Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında daha bir qanunauyğun addım olacaq. Əlbəttə, burada dövlətlərimizin başçılarının xüsusi rolu var: Vladimir Putin və İlham Əliyev arasında çox gözəl münasibətlər mövcuddur, onlar başa düşürlər ki, məhz humanitar əlaqələr xalqların bir-birini tanımasına, bizi birləşdirən xüsusiyyətlərin üzə çıxmasına kömək edir. İncəsənətin dili bu vəhdətin təcəssümüdür, çünki o, universal, hamının anladığı bir ünsiyyət vasitəsidir, axı Rusiya və Azərbaycan çoxəsrlik müştərək tarixə, ortaq köklərə və dəyərlərə malik olan ölkələrdir. Ona görə də iki ildən sonra Azərbaycanın özünün mədəniyyət nümunələrini - ən yaxşı tamaşaları, muzey eksponatlarını, musiqisini və s. Rusiyada nümayiş etdirməsi çox mühüm hadisədir və onun dəyərini lazımınca qiymətləndirmək çətindir.

Əminəm ki, bu hadisə uzun müddət yaddaşlarda qalacaq: Azərbaycan müsbət mənada təəccübləndirməyi bacaran ölkə kimi tanınır. “Eurovision”, Birinci Avropa Oyunları, qısa bir vaxtda dünyada ən mühüm hadisələrdən birinə çevrilən Bakı Beynəlxalq Humanitar Forumunu xatırlayaq. Azərbaycan tədbirlərin yüksək təşkilatçılığı bacarığı ilə məşhurdur. Buna əlavə olaraq, bu ölkənin qeyri-adi və çox maraqlı, şərqlisayağı parlaq, özünəməxsus və heyranedici mədəniyyətini də qeyd etmək lazımdır. Yəni, təbii ki, mən respublikanın Rusiyada öz proqramını təqdim edəcəyi və bunun necə fantastik təəssürat doğuracağı vaxtı səbirsizliklə gözləyirəm.

1news.az

Paylaş:
981

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15
Bütün xəbərlər