Donald Tusk işğalçı Ermənistanı məyus edib | 1news.az | Xəbərlər
Siyasət

Donald Tusk işğalçı Ermənistanı məyus edib

13:30 - 11 / 07 / 2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib

Bakıya səfərindən sonra Yerevanda görüşlər keçirən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk erməniləri məyus edib.

Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra keçirilən mətbuat konfransında Aİ rəsmisi Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll ediləcəyini vurğulayıb. Ermənistan hökumətinin başçısı isə səfərin yekunlarını şərh edərkən bu məsələyə toxunmayıb.

Eyni zamanda, səfərin yekunlarını şərh edən erməni politoloqlar Donald Tuskun bəyanatlarından məyus olduqlarını gizlətməyiblər. Siyasi şərhçi Armen Badalyan “Sputnik-Armenia” saytına müsahibəsində bildirib ki, avropalı siyasətçinin Bakıda keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etməsi, lakin nə orada, nə də Yerevanda “millətlərin öz müqəddəratını təyin etməsi” hüququndan danışmaması erməni ictimaiyyətində narazılıq doğurub. Donald Tuskun Aİ Şurasının Prezidenti kimi artıq öz səlahiyyətlərini başa vurması ilə özünə təsəlli verən erməni politoloq onun Azərbaycanın ədalətli mövqeyni dəstəkləyən bəyanatından sonra “dünyanın dağılmayacağını” söyləyib.

Bu ədalətli mövqeyin problemə şəxsən Tuskun deyil, Aİ-nin rəsmi yanaşmasının nəticəsi olduğunu unudan Badalyan qeyri-peşəkar fikir səsləndirib: “Qarabağ münaqişəsinin nizama salınması üzrə vəzifədən gedən başçının (Donald Tusk) deyil, Aİ Şurasının yeni rəhbərliyinin nə söyləyəcəyi mühümdür”. Problemə dair erməni ritorikasından istifadə edən politoloq onu da əlavə edib ki, problemin həlli ilə Aİ məşğul olmur və bu səbəbdən Donald Tuskun mövqeyi ermənilər üçün o qədər də əhəmiyyətli deyil. “Əlbəttə, Tusk təsadüfi bəyanatlarla çıxış edəcək şəxs deyil, lakin yuxarıda deyilənləri nəzərə alaraq onun sözlərinin əhəmiyyətini şişirtmək lazım deyil”.

AZƏRTAC

S.Xankişiyeva

 

 

Paylaş:
425

Son xəbərlər

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32
Bütün xəbərlər