“Dostluq üçün futbol” və MFL yeni imkanlara yol açır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Dostluq üçün futbol” və MFL yeni imkanlara yol açır – FOTO – VİDEO

11:14 - 10 / 07 / 2018
“Dostluq üçün futbol” və MFL yeni imkanlara yol açır – FOTO – VİDEO

Azərbaycanda ən iri həvəskar futbol liqası MFL-in ən yaxşı bombardiri Əlsalam Həmidov “Dostluq  üçün futbol” proqramı çərçivəsində Rusiyada keçirilən dünya çempionatı zamanı gənc futbolçular üçün ustad-dərsləri keçib.

1news.az-ın verdiyi xəbərə görə, “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı “Qazprom”  İSC-nin sponsorluğu ilə 2013-cü ildən həyata keçirilir. Bu ildən isə proqram Azərbaycanda iki ildir ki, futbol həvəskarlarını toplayan MFL ilə əməkdaşlıq edir.

Əməkdaşlıq çərçivəsində MFL-in ən yaxşı oyunçularından biri Əlsalam Həmidov 8-15 iyun tarixlərində Moskvada olub. Orada keçirilən “Dostluq üçün futbol” proqramı çərçivəsində Ə.Həmidov MFL-in səfiri olaraq uşaqlara ustad-dərsləri keçib.

Əlsalam Həmidov – “Sirena Motors” klubunun lideri olaraq, A Konferensiyasında çıxış edib. Və başa çatan çempionatın bürünc medalçısı olub. Onun aktivində 96 top var.

Səfər çərçivəsində Əlsalam dördilliyin ən mötəbər futbol yarışında olub. İyunun 14-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatının açılış  mərasimində iştirak edib.

“Səfər çərçivəsində ən yaddaqalan məqam ustad-dərsləri oldu. Açığı, ustad-dəsrlərindən əvvəl çox həyəcanlı idim. Oraya çoxlu sayda insanlar toplaşmışdı, məni kameralara çəkirdilər. Axı mən peşəkar futbolçu deyiləm. Lakin özümü topladım. Düşünürəm ki, ustad-dərsləri də yaxşı keçdi”, - deyə Əlsalam 1news.az-la söhbət zamanı bildirib.

Əlsalam sözlərinə əlavə etdi ki, ümumilikdə səfər yüksək səviyyədə keçdi. “Dostluq üçün futbol” layihəsinin bu cür möhtəşəm olduğunu düşünmürdüm:

“Sevinirəm ki, MFL məni Moskvaya göndərməyi qərara aldı. Proqramın sonuncu günü Rusiya ilə Səudiyyə Ərəbistanı arasında keçirilən matçı izlədik. Dünya çempionatını izləmək xoş idi. Fəxr edirəm ki, bu çempionatı Azərbaycan bayrağı ilə izlədim”.

“Dostluq üçün futbol” proqramının Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimov qeyd edib ki, onların başlıca vəzifəsi Azərbaycanda layihəni populyarlaşdırmaqdır:

“Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramı 2013-cü ildən keçirilir. Azərbaycan artıq üçüncü ildir ki, layihədə iştirak edir. Başlıca məqsədimiz layihəni Azərbaycanda məşhurlaşdırmaqdır. Bunun üçün ilk addım atılıb.

Bu il layihə MFL ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində MFL layihəyə ən yaxşı oyunçusunu səfir olaraq göndərdi. Bu, Əlsalam Həmidov oldu.

O, Moskvada 211 ölkənin uşaqları üçün ustad-dərsləri keçdi. Həmçinin səfər zamanı Əlsalam futbol çempionatı çərçivəsində Rusiya-Səudiyyə Ərəbistan oyununu izlədi.  “Dostluq üçün futbol” layihəsinin rəhbəri ilə söhbət zamanı MFL-dən razılıq ifadə olunub. Əminik ki, bu əməkdaşlıq daha da inkişaf edəcək”.

Xatırladaq ki, turnirdə Azərbaycanı gənc futbolçumuz Conatan Ferqüsson təmsil edərək, qapıçı kimi çıxış edib. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edib. Həmçinin Azərbaycandan gənc jurnalist kimi Rəna Əliyeva göndərilib.

Qeyd edək ki, “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.

Forumun iştirakçıları səkkiz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı Rəvan Kazımov təmsil edərək, turnirin qalibi olub.

Qeyd edək ki, 1news.az “Dostluq üçün futbol” layihəsinin informasiya dəstəyidir.

Tərcümə: S.Xankişiyeva

MFL-in “Dostluq üçün futbol” proqramında iştirak edəcək səfirinin təqdimatı keçirildi – FOTO

Azərbaycanlı məşhur modelyer “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO

Paylaş:
1494

Son xəbərlər

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39
Bütün xəbərlər