Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib - FOTO

21:03 - 10 / 11 / 2018
Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib - FOTO

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin xidmət etdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib.

DTX-nin N saylı hərbi hissəsində gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunmuş növbəti təntənəli tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, abidəsi önünə əklil qoydular.

Sonra döyüş bayrağı sıra meydanına gətirildi.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu və dövlət himni səsləndirildi.

Daha sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içdilər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Ali Baş Komandan İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik etdi, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzuladı. Müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən danışan general-polkovnik Mədət Quliyev qeyd etdi ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində regionun lider dövləti olan Azərbaycan uğurla inkişaf edir, sarsılmaz xalq-iqtidar birliyi sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, təhlükəsizlik təmin olunur. Qarşıda ölkəmizin ərazi bütövlüyünün bərpası kimi ən mühüm vəzifənin durduğunu qeyd edən Mədət Quliyev vurğuladı ki, bu məsələdə hər bir Azərbaycan vətəndaşı, o cümlədən Azərbaycan əsgəri üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməyə borcludur.

Andiçmədən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçdilər.

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər respublikanın müdafiə qabiliyyətini durmadan möhkəmləndirir, Silahlı Qüvvələrin hərbi-texniki potensialını gücləndirir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bütün bunlar dövlət səviyyəsində ordu quruculuğunda aparılan məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizdə gənclər arasında hərbi-vətənpərvərlik ruhu da çox yüksəkdir. Müasir Azərbaycan Ordusunda xidmətləri ilə fəxr edən gənclərimiz Vətən uğrunda canlarından belə keçməyə hazırdırlar.

AZƏRTAC

Paylaş:
1494

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər