Dünyanın ƏN BAHALI oğurluqları - DƏHŞƏTLİ FAKTLAR - FOTO | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ƏN BAHALI oğurluqları - DƏHŞƏTLİ FAKTLAR - FOTO

10:09 - 22 / 10 / 2018
Dünyanın ƏN BAHALI oğurluqları - DƏHŞƏTLİ FAKTLAR - FOTO

Pul olmadığı zaman insanları düşündürən yeganə sual bu olur ki, "necə edək, bir anda çoxlu pul qazanaq?". Bu maraqlı sual istənilən insanın ağlından keçib. Sadəcə olaraq bəziləri bu sualın cavabını tapmaq üçün düzgün yollarla, hər zaman olduğundan daha çox əziyyət çəkərək nələrəsə nail olmağa çalışır.

Bəziləri isə təəssüf ki, heç də qanuni olmayan yollarla başqalarının halal qazancını oğurlayır. Belə baxanda ikinci qrup, birinci qrupun çəkdiyi əziyyəti yerə vurmuş olur, amma bu da tamam ayrı mövzudur. Hər gün yüzlərlə oğurluq faktları haqqında xəbərlər oxuyuruq. Budəfəki mövzumuz isə bu günə qədər muzeylərdən tez-tez oğurlanan ən bahalı əşyalar haqqında olacaq.

1news.az muzeylərdən oğurlanan ən bahalı 10 maraqlı əşya haqqında qeyri-adi faktları təqdim edir:

1.Başı bəlalı "Mona Liza"

Muzeylərdən ən çox oğurlanan və ən bahalı eksponatlar arasında birinci yeri tutan "Mona Liza"portretidir. 100 il əvvələ qədər Leonardo Da Vinçinin heç kimə maraqlı olmayan bu məşhur əsəri 1911-ci ilin 21 avqustundan sonra diqqət mərkəzində olmağa başlayıb. Belə ki, ilk dəfə 3 italyanlı fəhlə Fransanın Luvr muzeyinə daxil olmaq üçün anbarda gizlənib. Gecə muzey işçiləri ərazini tərk edəndən sonra muzeyə daxil olub bahalı eksponatları oğurlayıblar. Onlardan biri Vinçenso Peruka adlı fəhlə Mona Liza portretinin şəffaf şüşə arasında saxlanıldığını görüb və onu da oğurlayıb. Həmin illərdə bütün Fransız mediası bu oğurluq haqqında xəbərlər yazıb. 2 il sonra V.Peruka bu əsərin saxta versiyasını yaratmaq istəyərkən saxlanılıb və "Mona Liza" Luvr muzeyindəki yerinə geri qaytarılıb.

  1. "Qibson Stradivar"ın ilk əl işi

"Qibson Stradivari" - bu məşhur isim hər kəsə tanışdır. Çox güman ki, bu ad planetdəki musiqi alətləri içərisində ən məşhurudur. Məhz 1713-cü ildə Stradivarinin şəxsən özü tərəfindən hazırlanan bu skripka bir yox hətta iki dəfə oğurlanıb. Müvafiq olaraq 1919 və 1936-cı illərdə oğurlanan skripka tapılaraq hər dəfəsində muzeyə geri qaytarılıb. Son olaraq 1985-ci ildə məşhur Nyu-York skripkaçısı Culian Altman tərəfindən oğurlanan məşhur alət onun ölümünə qədər tapılmayıb. Musiqiçi ölərkən son nəfəsində polis çağıraraq oğurluq etdiyini boynuna alaraq zirzəmidə gizlətdiyi skripkanı onlara təhvil verib. "Qibson Stradivari" tərəfindən şəxsən hazırlanan skripkanın qiyməti isə 15 milyon dollar olub.

  1. Üçünçü imperator ailəsinin qızıl yumurtası - Faberje

Bu gördüyünüz zərgərlik nümunəsi olan "Faberje" yumurtası 1885-ci ildə çar ailəsi üçün istehsal edilmiş 50 unikal zərgərlik pasxa yumurtasından biridir. Üçüncü imperator ailəsi üçün hazırlanan yumurtaların qalanı ya oğurlanıb, ya məhv edilib, ya da müəmmalı şəkildə yoxa çıxıb. Sonuncu və muzeydə qorunan bu yumurta isə ABŞ-da bomj tərəfindən zibillikdən tapılıb. 2012-ci ildə qızıl yumurta ilkin qiyməti 33 milyon dollar olaraq hərraca çıxarılıb.

  1. "Lalələr" - Van Qoqun ən möhtəşəm əl işi

Təəssüf ki, əslən Niderlanddan olan dahi və dəli rəssam adlandırılan Vinsent Van Qoq uzun həyat yaşaya bilməyib. Onun ən möhtəşəm əl işi şəkildə gördüyünüz "Lalələr" olaraq tarixə düşüb. Bəzən deyirlər ki, təəssüf ki, o, "Lalələr" tablosunun oğurlandığını və onun hansı qiymətə satıldığını (55 milyon dollar) görə bilmədi. Görsəydi, elə oradaca ürəyi partalayıb ölərdi. Vinsent Van Qoqun bu əsəri Qahirə muzeyindən 1977-ci ildə oğurlanıb. İlk oğurluqdan tam 10 il sonra əsəri tapıb muzeyə geri qaytarmaq mümkün olub. Lakin sonuncu dəfə 2010-cu ildə oğurlanan "Lalələr" əsərini bu günə qədər də tapmaq mümkün olmayıb.

  1. "Qışqırıq" - Edvard Munka

Bu müasir mədəniyyətdə ən tanınan obrazlarından biridir. Edvard Markın bu məşhur əsərinin qiyməti nə az, nə çox, düz 120 milyon dollar dəyərindədir. Dəyərini düşünsək, oğurlanmayacaq kimi deyil. Məşhur əsərin başına 2 dəfə bədbəxt hadisə gəlib. İlk dəfə 1994-cü ilin mart ayında iki cinayətkar tərəfindən Osloda Milli Qalereyadan oğurlanan əssər polislər tərəfindən tapılıb geri qaytarılmışdı. Mühafizə sisteminin zəif olması səbəbindən əsər ikinci dəfə 2004-cü ildə yenidən oğurlanıb. "Qışqırıq" əsəri son olaraq 2006-cı ildə tapılıb və bu günə qədər də Oslo da qorunub saxlanılır.

  1. "Ədalət Hakimləri"

Belçikada Müqəddəs Bavona kilsəsində Gent taylarının səcdəgahı hesab olunan əsərdir. Əsərin tarixi o qədər qədimdir ki, qiymətini sıfırlarla təsvir etmək mümkün deyil. Belə ki, əsər XV əsrdə (1420-1432) çəkilib. Xatırladaq ki, tarxidə qeyd edilənlərə əsasən, 1934-cü ilin aprel ayında bu əsər müəmmalı şəkildə yoxa çıxıb. Onu yerləşdiyi divardan peşəkarcasına oğurlayan oğru çərçivənin boş divarları arasına belə bir not qoymuşdu: "Versal müqaviləsinə əsasən əsəri Almaniyadan çıxarırıq". Şəkilin qaytarılmasına qarşılıq olaraq 1 milyon frank ödəmə tələb edilir. Lakin əsərin tarixi və səcdəgah qədər dəyərli olmasına baxmayaraq, kilsənin baş keşişi bunu ödəməkdən imtina edib. Bu məsələ oğru ölənə qədər davam edir və nəhayət, o, ölən zaman keşişləri yanına çağırır və bu şah əsərin gizlədildiyi yeri özü ilə birlikdə məzara aparacağını deyir. Həqiqətən də əsərin gizlədildiyi yeri ondan başqa heç kim bilmirdi və "Ədalət Hakimləri" səkkiz onillik keçməsinə baxmayaraq, hələ də tapılmayıb.

    7."Kəhrəba otaq"

Səslənişi insana qəribə gələ bilər. Bütöv bir otağı necə oğurlamaq olar? Əslində isə bu çox sadə imiş. Rusiyaya qoşunlar daxil etməklə (almanlar tərəfindən) Sankt-Peterburq yaxınlığında yerləşən Yekaterina sarayını soymaq kifayət edir. Bu saraya ona görə "Kəhrəba otaq" adını vermişdilər ki, onun içərisi bahalı daş-qaş, zinət əşyaları və təmiz qızıllarla dolu idi. Lakin 1941-ci ildə İkinci dünya müharibəsi başlayanda nasistlər bu otağı səliqəli şəkildə qarət etməyi bacardılar. Müharibənin sonlarına yaxın geri çəkilən almanlar bu saraydan gücləri çatan qədər əşyalar götürüb onları naməlum istiqamətlərə doğru apardıar. Xəzinə dolusu otağı bax belə oğurlayıblar. Tarixdə "Kəhrəba otaq" oğurlandı deyə qeydə keçən bu hadisə 1979-cu ildə Sovet İttifaqı tərəfindən bərpa edilməyə başlayıb. Kəhrəba otağın bərpası isə yalnız 2003-cü ildə başa çatıb. Təsadüfi deyil ki, bərpa dövründə çəkilən xərcləri isə elə məhz Almaniya özü ödəyib.

  1. Meksikanın Milli Antropologiya muzeyi

1985-ci ilin Milad gecəsi Meksikanın paytaxtı Mexikoda yerləşən Milli Antropologiya muzeyində böyük qarət olur. Soyğunçular muzeydən 140 qiymətsiz eksponat oğurlayırlar. Bu qarət Meksika tarixinin ən böyük oğurluğu kimi yadda qalıb. Qızıl, firuzə və nefritdən hazırlanan qiymətli əl işləri, eksponatlar, həmçinin meymun formasında hazırlanan güldanın ümumilkdə dəyəri 20 milyon dollardan baha olub. Oğurlanan eksponatların əksəriyyətinin kiçik ölçülü olması onların ərazidən daha tez və nəzərə çarpmadan aparılmasına şərait yardıb. Mexiko rəhbərliyi iki nəfər peşəkar oğrunun törətdiyi hadisənin üstünü açmaq üçün 3 il vaxt sərf etsə də, buna nail ola bilməyib. Bir neçə il sonra isə demək olar ki, bütün oğurlanmış dəyərli eksponatlar aşkarlanaraq muzeyə geri qaytarılıb.

  1. "Over-Sür-Uaza açılan mənzərə" - Polyan Sezanna

2000-ci illərin başlanğıcı. Oksford muzeyinin yeni layihələrinin başlanğıcı ərəfəsində P.Sezannanın bu möhtəşəm əsəri eksponatlar arasına daxil olur. Lakin sadəcə 10 dəqiqə sonra eksponat haqqında heç kimin zərrə qədər məlumatı olmur. Çünki, onu oğurlayırlar. Hər kəsin orda olduğu bir zamanda bu hadisənin necə baş verməsi isə hələ də məlum deyil. Əsərin yoxluğunun fərqinə varan keşikçilər həmin anda qapıları bağlamağı və polis çağıracaqlarını bildirsələr də, kimsə şəkilin başına nə gəldiyini bilmir. Hətta belə bir fikir formalaşıb ki, əgər şəkilə baxan hər hansı bir şəxs bu rəsmi haradansa xatırladığını düşünürsə, oğru demək onun özüdür. Çünki o, rəsmi 200-ci ildən bu günə qədər heç kim görməyib.

  1. İzabella muzeyi - Stüart Qardner

Bu hadisə bir daha sübut edir ki, saysız-hesabsız mühafizə belə yüzdə yüz təhlükəsizliyi təmin edə bilmir. 1990-cı ildə iki gənc Boston polislərinə məxsus saxta uniformada muzey mühafizəsinə yaxınlaşaraq, onları bağlı muzeyə buraxmalarını xahis edirlər. Mühafizənin içəri buraxmayacağını anlayan oğrular məsələyə başqa don geyindirərək ictimai asayişin pozulduğuna dair şikayət aldıqlarını deyərək içəri daxil olurlar. Davamında isə klassik Meksika filmlərinin ssenarisi başlayıb: onlar mühafizənin əl-ayağını bağlayaraq zirzəmiyə atırlar. Digər mühafizələr məsələdən agah olana qədər isə içəridə nə var, nə yox, hamısını oğurlayırlar. Muzeydən içərisində qiymətsiz eksponatlar və xüsusilə Vermerin "Konsert" əsərini, Rembrantın "Qaliley dənizində Fırtına"adlı tablosunu, Eduard Manyanın qiymətli əsərini aparıblar. Oğurlanmış əsərlərin ümumi dəyəri 500 milyon dollardan çoxdur. Bu əsərlərin heç biri bu günə qədər tapılmayıb. Maraqlısı isə muzeyə soyğundan sonra əl dəyilməyib və əsərlərin boş çərçivələrini görmək üçün hələ də çoxsaylı turistlər oranı ziyarət edir. (publika.az)

 

 

 

Paylaş:
2830

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər