Dünyanın ən çox kitab oxunan ölkələri – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyanın ən çox kitab oxunan ölkələri – SİYAHI

16:27 - 25 / 04 / 2019
Dünyanın ən çox kitab oxunan ölkələri – SİYAHI

Dünyada ən çox kitab oxunan 10 ölkə arasında Asiyanın 6, Avropanın isə 4 ölkəsi yer alıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, vətəndaşları orta hesabla həftədə 10 saat 42 dəqiqə kitab oxuyan Hindistan siyahıya başçılıq edir. Dünyada ən çox kitab oxunan ölkələr reytinqində Hindistanın ardınca Tailand (9 saat 24 dəqiqə) və Çin (8 saat) gəlir.

Siyahıda növbəti yerləri Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə), Macaristan (6 saat 48 dəqiqə) və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) tutur.

Kitab oxuma reytinqində vətəndaşların həftə ərzində mütaliəyə ayırdığı orta vaxt əsas götürülür. İndeksin müəyyən olunması üçün, həmçinin qəzet, jurnal kimi nəşrlərin oxunmasına da bal verilir.

Dünyada ən çox oxunan kitabların reytinqində isə birinci yeri Qurani Kərim tutur. Sonrakı yerlərdə İncil və Mao Zedunun bəyanatlarının çap olunduğu “Maonun seçilmiş sözləri” adlı kitabı gəlir. Siyahıda ilk beşlikdə Migel de Servantesin “Don Kixot” romanı və Coan Roulinqin “Harri Potter” romanlar seriyası yer alır.

Çarlz Dikkensin “İki şəhərin hekayəsi”, Con Ronald Ruelin “Üzüklərin hökmdarı” trilogiyası, Antuan Sent-Ekzüperinin “Kiçik şahzadə”, Lüis Kerrolun “Alisa möcüzələr diyarında” və Aqata Kristinin “10 zənci balası” əsərləri də dünyada ən çox oxunan kitablar arasındadır.

1news.az

Paylaş:
1924

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər