Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

10:30 - 12 / 11 / 2018
Dünyanın ən sürətli qapıçısı Bakıya gəlir

“Robokiper”ə qol vura bilənləri Azercell-dən hədiyyə gözləyir.

Sevindirici haldır ki, Azərbaycan dünyanın ən son texnoloji yeniliklərinin nümayiş olunduğu məkana çevrilib. Məşhur “Robot Sofiya”dan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə dünyanın ən sürətli qapıçısı “Robokiper” ölkəmizə gətiriləcək.

“Robokiper” cari ilin dekabrın 4-7-də “Azercell Telekom MMC”-nin baş sponsorluğu ilə baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan  Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında təqdim olunacaq.

“Robokiper” dünyanın ən bacarıqlı və sürətli qapıçısı hesab edilir. Alman alimlərinin bu ixtirası ultra-modern və unikal texnologiyaya əsaslanır. Buna görə də “Robokiper”ə qol vurmaq demək olar ki, mümkün deyil. Topa nə qədər sürətlə zərbə vurulsa da, “ağıllı qapıçı” həmin topu geri qaytarır, qapıdan keçməsinə imkan vermir. Mürəkkəb texnologiya qapıçının zərbəyə dərhal reaksiya verməsinə imkan yaradır. Dünyanın ən məşhur futbol komandalarının üzvləri “ağıllı qapıçı” ilə duelə çıxıb uduzublar. Hətta Messi, Neymar, Ronaldinyo kimi futbol ulduzları da “Robokiper”ə qol vura bilməyiblər.

İndi isə Azərbaycan klublarının tanınmış futbolçuları “Robokiper”ə qol vurmağa çalışacaqlar. Azərbaycan milli komandasının və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, həmçinin “Bakutel 2018” sərgi-konfransının açılışına dəvət olunan digər futbolçular “Robokiper”lə yarışacaqlar.

Azərbaycanlı futbolçularla yanaşı, sərginin iştirakçılarına da “Robokiper”lə yarışmaq təklif olunacaq. “Bakutel 2018” sərgisinin qonaqları və iştirakçıları bu bacarıqlı qapıçıya top vurmaqla güclərini sınaya bilərlər.

Sərgi zamanı “Robokiper”ə qalib gələnlər isə hədiyyə qazanacaqlar. Sərginin baş sponsoru Azercell şirkəti hər qol vuran oyun iştirakçısına 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr təqdim edəcək.

Bu maraqlı əyləncədə hər kəs – qadın və uşaqlar da daxil olmaqla istənilən şəxs iştirak edə bilər. “Robokiper”lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının fərqi yoxdur. Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” hər yerdə maraqla qarşılanır, insanlar “ağıllı qapıçı”ya qalib gəlmək üçün növbəyə dayanırlar.

Xatırladaq ki, gələn il mayın 29-da Olimpiya stadionunda UEFA Avropa Liqasının final matçı keçiriləcək. Məhz bu ərəfədə “Robokiper” texnologiyasının Bakıda nümayiş olunması gənclər arasında idmana, xüsusilə də futbola marağın artırılması məqsədinə xidmət edəcək.

“Azercell Telekom” MMC artıq 24-cü dəfədir ki, keçirilən “Bakutel” sərgisinin ən aktiv iştirakçısı və baş sponsorudur. Şirkət müxtəlif texnoloji yenilikləri ilk dəfə olaraq məhz “Bakutel” sərgisində nümayiş etdirib. Hər il “Bakutel”də məhz Azercell-in stendi sərgi iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Şirkət tərəfindən “Bakutel” sərgisində canlı yayınlar, hədiyyəli oyun və viktorinalar, əyləncələr təşkil olunub.

Bu il də “Bakutel” sərgisində İKT sahəsinin ən qabaqcıl texnologiyaları nümayiş etdiriləcək, yeni biznes əlaqələrinin yaradılması üçün platforma ortaya qoyulacaq. Sərgi iştirakçıları isə maraqlı və əyləncəli vaxt keçirəcəklər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. 

Reklam hüququnda

 

 

Paylaş:
462

Son xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34
Bütün xəbərlər