Əfsanənin yeni formatda qayıdışı: Bakıda yenidən “1033” klubu açılır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfsanənin yeni formatda qayıdışı: Bakıda yenidən “1033” klubu açılır – FOTO

12:20 - 10 / 12 / 2018
Əfsanənin yeni formatda qayıdışı: Bakıda yenidən “1033” klubu açılır – FOTO

Dekabrın 15-də Tbilisi prospekti 27 ünvanında “1033” gecə klubu yenidən öz qapılarını klubsevərlərin üzünə açacaq.

Gecə klubunun qayıdışı bakılı klubsevərlər və sosial şəbəkə istifadəçiləri arasında geniş rezonans yaradıb. 

Məhz “1033” bir zamanlar Bakının klub fəaliyyətinə start verib. Bu məkanı bir çoxları hələ də xoş xatirələrlə, əlbəttə ki, sevgi və nostalji ilə yada salır. Orada keçirilmiş möhtəşəm və əfsanəvi əyləncələr yaddaşlara həkk olunaraq klubsevərlər arasında unudulmaz xatirələr buraxıb. 

“1033” gecə klubu üçün darıxanları sevindirməyə tələsirik. Belə ki, yaxın günlərdə klub Azərbaycan paytaxtına yenidən – yeni formatda və yeni ünvanda qayıdacaq.

“Əsl klubsevərlər üçün əla məkan” məhz “1033” klubunun yeni şüarı bu cürdür. Klubun dekabrın 15-də Tbilisi prospekti 27 ünvanında, ASK Plazada möhtşəm açılışı baş tutacaq. Klub geniş məkanı və iri miqyası ilə bütün klubsevərləri qəbul etməyə hazırdır.

Open doors gününə həsr olunmuş əyləncə ilə bağlı məlumat bəllidir. Açılışda old school-un nümayəndələri, əfsanəvi “1033” klubunun əsas ulduzları – Dubaydan dəvət olunmuş DJ Shock, Azərbaycan repinin superulduzu Elşad Xose, adı hələ ki, sirr saxlanılsa da, hər kəsin sevimlisi və məşhur xüsusi qonaq olacaq.

Məhz DJ Shock-un, reper Elşad Xosenin və xüsusi qonağın açılış gecəsinə dekabrın 15-də dəvəti bu məşhurların əfsanəvi klubla birbaşa həmahəng olması, eləcə də klubun fəaliyyəti müddətində ayrılmaz hissəsi olmalarından irəli gəlir.

“Mən old school-un nümayəndələrindən olmuşam. Bir zamanlar “1033” klubunda əylənmişəm və buradakı möhtəşəmliyə öz gözlərimlə şahid olaraq, klubun həyatında fəal iştirak etmişəm. Bu da yeni “1033” klubuna rəhbərlik etməyim üçün əsas faktorlardan biridir. Yaşıdlarım kluba gələrək öz gəncliyini xatırlayacaq, yeni nəsil isə əfsanəvi klubun möhtəşəm qayıdışının şahidi olacaq. Əminəm ki, hər bir kəs klub haqqında çox şey və yalnız yaxşı sözlər eşidib. Yeni format, yeni ünvan, yeni komanda olmasına baxmayaraq, “1033” klubundan hər kəsin razı qalması üçün əlimzindən gələni etmişik”, – klubun yeni rəhbəri Anar Nəzərov bildirib.

Həmçinin əyləncəli gecədə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirak etmiş azərbaycanlı ulduz, “O ses Turkiye”nin qalibi Elnur Hüseyov,  Dj Kanan Drums, klubun daimi üzvləri DJ Ed və Dj Rafo da iştirak edəcəklər.

Bütün qonaqları xaricdən xüsusi dəvət olunmuş rəqqasələrin müşayiəti ilə füsunkar rəqs şousu, tədbirin təşkilatçılarının təşkil etdiyi maraqlı sürprizlər gözləyir.

Instagram – https://www.instagram.com/1033baku/

Əlaqə nömrəsi (+99451) 800-10-33

Reklam hüququnda

 

Paylaş:
2252

Son xəbərlər

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15
Bütün xəbərlər