Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib

10:36 - 23 / 01 / 2019
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib

Yanvarın 22-də Şəhidlər xiyabanında adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anım mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbiri açıq elan edən prezident təqaüdçüsü,  Əməkdar İncəsənət Xadimi, ehtiyatda olan polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının mənalı həyat və şərəfli döyüş yolundan danışaraq Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib.

Müdafiə Nazirliyinin zabiti polkovnik Aydın Əyyubov general H.Aslanovun döyüş yolunun öyrənilməsinin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, “Dədə Qorqud” milli fondunun rəhbəri Eldar İsmayılov və digərləri  H.Aslanovun hərbi xidmətlərindən danışıb, görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu qeyd ediblər.

İştirakçılar istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını xüsusi vurğulayıb, mərasimin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

1news.az

Paylaş:
464

Son xəbərlər

ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıbBu gün, 12:37Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47
Bütün xəbərlər